Azərbaycanla Macarıstan arasında enerji sahəsində uğurlu əməkdaşlıq

Azərbaycanla Macarıstan arasında enerji sahəsində uğurlu əməkdaşlıqYanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana rəsmi səfər edib. Səfər çərçivəsində ölkə başçısı Macarıstan Prezidenti xanım Katalin Novak və Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud və geniştərkibli görüşlər keçirib, iki ölkə arasında mühüm əhəmiyyət kəsb edən sənədlər imzalanıb.
Macarıstan Azərbaycan üçün əməkdaşlığın qurulması və Avropa məkanına inteqrasiya etmək üçün olduqca mühüm tərəfdaş ola bilər. Hazırda Macarıstan BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı və Avropa Şurasının aktiv üzvüdür. Azərbaycanla Macarıstan arasındakı dostluq qarşılıqlı etimad və etibar əsasında qurulan diplomatik münasibətlərə söykənir. Bu münasibətlərin daha da inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Eyni zamanda, Macarıstan Avropa İttifaqında Azərbaycanın etibarlı tərəfdaşı olmaqla yanaşı, son illər həyata keçirilən enerji diplomatiyasında da strateji tərəfdaşa da çevrilib.
Ötən il Macarıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Hazırda Azərbaycan Macarıstanla bir çox siyasi və iqtisadi zəminli platformalarda əməkdaşlığı uğurla davam etdirir. Çoxtərəfli əməkdaşlıq platformaları kimi BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir.
İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə ciddi investisiya yatırımı və nəzərəçarpacaq dərəcədə ticarət dövriyyəsini əks etdirən faktlar mövcuddur. İndiyə qədər Macarıstan tərəfindən Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil etmişdirsə, 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.
Qeyd olunanlarla yanaşı, iki ölkə arasında enerji diplomatiyasının mühüm elementləri üzrə də uğurlu əməkdaşlıq mövcuddur. Macarıstan Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və bu layihədən yararlanmaq istəyini dəfələrlə izah etmişdir. Bu il Cənub Qaz Dəhlizinin Bakıda keçiriləcək növbəti iclasında Macarıstan tərəfinin xarici işlər və ticarət naziri səviyyəsində iştirakı təsdiqlənib. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa olduqca böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın oynadığı strateji rolu daim təqdir edir.
Dövlətimizin başçısının Macarıstana səfəri zamanı bir sıra mühüm sənədlər imzalanıb. Bunların içərisində ən vacibi Azərbaycan-Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xüsusilə qeyd etmək lazımdır. Bu sənəd hər iki ölkə arasında bir sıra yeni siyasi və iqtisadi yönümlü əməkdaşlıq platformalarının əsasını qoyacaqdır. Keçən il dekabrın 17-də imzalanmış Qara Dəniz Sualtı Elektrik Enerjisi Xəttinin layihəsi vasitəsilə Azərbaycan alternativ və bərpaolunan enerji mənbələrini uğurla Avropaya ixrac edə biləcək. Macarıstan da bu layihənin icra olunmasında vacib coğrafi məkanda yerləşən dövlətlərdən biridir.
Layihənin işə düşməsi ilə Avropada yeni enerji ehtiyatlarının diversifikasiyası məhz Azərbaycan tərəfindən təmin edilmiş olacaqdır. Ölkə başçısı Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında qeyd edib ki, "Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək". Ötən ay imzalanan sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdırılması məsələləri bir daha müzakirə edilib.
Prezident İlham Əliyev vurğulayıb ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi bir-birinə əsirgəməyəcək.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 831   Tarix: 31 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr