Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Milli Məclisin (MM) yaz sessiyasının ilk plenar iclası başlayıb.
Sonxeber.az xəbər verir ki, MM sədri Sahibə Qafarova yaz sessiyasını açıq elan edib. Sonra Dövlət himni səsləndirilib.
İlk iclasın gündəliyinə 21 məsələnin müzakirəsi daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi.
2. Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi.
3. Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi.
4. "İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında qanun layihəsi.
5. "GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol"un təsdiq edilməsi haqqında qanun layihəsi.
6. Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi.
7. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
8. "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.
9. "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.
10. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.
11. "Fövqəladə vəziyyət haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
12. "Dövlət qulluğu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
13. Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
14. "Torpaq icarəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
15. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
16. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
17. "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
18. "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
19. "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
20. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
21. Ailə Məcəlləsində, "Kredit ittifaqları haqqında", "Tütün və tütün məmulatı haqqında", "Banklar haqqında" və "Bank olmayan kredit təşkilatları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Sabahın havası: Yağış, şimşək, duman...
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto