Rusiya Ermənistan və Azərbaycan XİN rəhbərlərinin növbəti görüşünü təşkil etməyə hazırdır
Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların növbəti mərhələsini Moskvada təşkil etməyə hazırdır.
Sonxeber.az Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı zamanı qeyd olunub.
"Nazirlər Laçın dəhlizi ətrafında vəziyyətin tənzimlənməsi yollarını müzakirə ediblər. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli razılaşmaları əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işinin bütün vasitələrlə bərpa olunmasının vacibliyi vurğulanıb. Rusiya tərəfi Moskvada Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi məsələsi üzrə iki ölkənin xarici işlər nazirləri arasında danışıqların növbəti mərhələsini təşkil etməyə hazır olduğunu təsdiqləyib", - deyə məlumatda bildirilir.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb