Leyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTO

Leyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTOHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva növbəti paylaşımıyla diqqət çəkib.

BiG.AZ xəbər verir ki, o, şəxsi "İnstagram" səhifəsində aşpaz Metin Kadık ilə birlikdə hazırladığı "Sevgi. Şəkərsiz, amma şirin" kitabından "Avokado piroqu" reseptini bölüşüb.

Hazırlamaq istəyənlər üçün həmin resepti təqdim edirik:

Leyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTOAvokado piroqu

Hazırlama vaxtı:
20 dəqiqə
Porsiyaların sayı:
12 ədəd

Enerji dəyəri (bir porsiya üçün)
Kkal: 245
Yağ: 14,4 q
Karbohidrat: 7,5 q
Protein: 3,8 q
Təbii şəkər: 8,1 q

Lazım olanlar:

İçi üçün:
240 q qovurulmuş keşyu
70 q quru kokos tozu
80 q xurma
5 q vanil ekstraktı
30 q laym suyu
10 q kokos şəkəri
1 q duz
1 q stevia tozu

Üstü üçün:
450 q avokado
50 q laym
7 q sürtgəcdən keçirilmiş laym qabığı
70 q aqava şirəsi
5 q vanil ekstraktı

Hazırlanması:
1-ci addım: Mətbəx kombaynına keşyu, tumlarını çıxardığınız xurmaları, quru kokos tozunu, kokos şəkərini, stevia tozunu, vanil ekstraktını və duzu əlavə edərək ehmallıca qarışdırın. Bişirmədən hazırladığınız bu təamın yetərincə bərk olması vacibdir. Qarışımı yağlı kağıza bərabər şəkildə yayın.
2-ci addım: Piroqun üstü üçün nəzərdə tutduğunuz avokadonu bir qabda əzin. Laym qabığını, laym suyunu, aqava şirəsini və vanil ekstraktını əlavə edin. Bütün bu inqrediyentləri yaxşıca qarışdırın.
3-cü addım: Avokado əzməsini piroqun üzərinə yayın.
4-cü addım: Piroqu soyuducuda saxlayın. Süfrəyə gətirməzdən 15 dəqiqə öncə soyuducudan çıxarın və bərabər hissələrə bölüb qaba düzün.

Leyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTOQeyd edək ki, "Sevgi. Şəkərsiz, amma şirin" adlı kitabın təqdimatı dekabrın 28-də Bakı Kitab Mərkəzində baş tutub. Leyla Əliyeva və Metin Kadıkın müəllifi olduqları bu kitabda yer alan xeyirli və ləzzətli təamlar qonaqlara təqdim olunub. Bu reseptlərin əsas xüsusiyyəti onların şəkərsiz olmasıdır. Reseptlərin hər biri kitabda Leyla Əliyevanın şeirlərindən parçalar ilə müşayiət olunub. Kitab Bakı Kitab Mərkəzinin bilavasitə iştirakı ilə "Şərq-Qərb" nəşriyyatında çap olunub. Musiqili-poeziya gecəsində həmçinin "Söz" ədəbi layihəsinin iştirakçıları gənc pianoçuların müşayiəti ilə öz şeirlərini ifa ediblər.

Leyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTOLeyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTOLeyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTOLeyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTOLeyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTOLeyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTOLeyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTOLeyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTOLeyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTOLeyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6427   Tarix: 01 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini

12 oktyabr
.

Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?

Məktəblərdə vahid geyim formasının tətbiqi, təhsil müəssisələrinin şüşələrinin sındırılması, direktorların avtomobillərinin yandırılması və məktəb binalarına od vurmaq cəhdləri cəmiyyətin diqqət mərkəzində dayanmalı olan ciddi məsələlərdir. Söhbət təkcə təhsil müəssisələrinin daxili intizamından və y

12 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər bir cəmiyyətin tərəqqisini, dövlətin gələcək inkişaf perspektivlərini və milli dəyərlərin qorunmasını müəyyən edən mühüm amillərdən biridir. Sağlam, savadlı, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər və məsuliyyətli gəncliyin yetişdirilməsi yalnı

12 oktyabr
.

Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb

2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind

11 oktyabr
.

Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında

11 oktyabr
.

Vahid məktəbli forması və İranın mümkün ideoloji müdaxiləsi: Azərbaycan təhsilinin qorunması milli təhlükəsizlik məsələsidir

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən strateji sahədir. Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil, həm də milli kimliyin, vətəndaşlıq məsuliyyətinin, mənəvi dəyərlərin və müstəqil düşüncə qabiliyyətinin formalaşdığı mühüm ictimai institutdur. Buna görə də Azərbaycanda vahid məktəbl

12 oktyabr
.

Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA

"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard

12 oktyabr
.

İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi

Azərbaycan uşaqlarının təhlükəsizliyi məsələsi yalnız ailə və təhsil sisteminin məsuliyyəti ilə məhdudlaşmır. Bu məsələ ölkənin milli təhlükəsizliyi, informasiya mühiti, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəslin formalaşması ilə birbaşa bağlıdır. İranın Azərbaycan uşaqlarına təsiri ilə bağl

11 oktyabr
.

Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın

11 oktyabr