"ƏDV geri al"dakı böyük məbləğlərdə niyə problem yaşanır? - RƏSMİ AÇIQLAMA
Son vaxtlar yüksək məbləğli alış-veriş qəbzlərində ƏDV-nin geri alınması zamanı imtina hallarının artdığı iddia edilir.
BAKU.WS xəbər verir ki, iddialara görə, vətəndaş ƏDV-nin geri alınması üçün qəbzin QR kodunu sisteminə daxil etsə də, müvafiq müddət keçəndən sonra ona bu müraciətlə bağlı imtina gəlir.
Bəs görəsən, belə hallar hansı səbəbdən baş verir? Bu halda vətəndaşlar hara müraciət etməlidirlər?
Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Dövlət Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədov bildirdi ki, bəzən portala böyük məbləğlərdə çeklər daxil edilir:
"Belə çeklər vergi orqanlarının baza məlumatları üzrə yoxlanılır. Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur. ƏDV-ni geri almaq üçün sistemə daxil edilən kassa çekinin məlumatları Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bəzən kassa çekləri bu tələblərə cavab vermir. Bu tələblər nədir? Fiskal çeklərdə məhsulun adının qeyd olunmaması, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği), nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün müraciətə imtina cavabının verilməsinə səbəb ola bilər. Ona görə də bu məlumatlara vətəndaşlar tərəfindən də diqqət yetirilməlidir".
Qurum rəsmisi ƏDV geri alınması ilə bağlı yaranmış problem zamanı DVX-nin "qaynar xətti"nə müraciət etməyi tövsiyə edir:
"İmtinaya səbəb olan hallardan biri topdansatış əməliyyatlarının həyata keçirilməsi zamanı istifadə edilən çeklərin sistemə daxil edilməsidir. Qanunvericiliyə əsasən, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə, habelə tibbi xidmətlər sahəsində xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. İstehlakçılardan daxil olan bütün müraciətlər Dövlət Vergi Xidməti tərəfindən mütəmadi təhlil olunur və texniki xətalar baş verdikdə dərhal banklarla əlaqə saxlanılaraq onun həlli təmin edilir. Eyni zamanda informasiya sistemi və məlumat bazası daim optimizasiya edilir. Kassa çekinin verilməsindən imtina edildiyi hallarda istehlakçılar DVX-nin "Qaynar xətti"nə zəng edə bilərlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Sabahın havası: Yağış, şimşək, duman...
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto