Sumqayıtda avtobuslarda gedişhaqqı 20 qəpik artırılıb? - Açıqlama
Sumqayıtda bəzi marşrut xətlərində süni qiymət artımına yol verilməsi barədə məlumatlar yayılıb.
Sərnişinlərin "Qafqazinfo"ya bildiriyinə görə, gedişhaqqı Tarif Şurasının qərarına uyğun olaraq 10 qəpik deyil, 20 qəpik artırılıb.
Sözügedən artım Sumqayıtdan qəsəbələrə işləyən avtobuslarda müşahidə olunub. Sakinlər qeyd ediblər ki, 3, 9, 12 və 30 nömrəli marşrut avtobuslarından istifadə edən sərnişinlərdən 50 qəpik ödəniş tələb olunub. Halbuki indiyədək gedişhaqqı məbləği 30 qəpik olub.
Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən marşrutlarda sui-istifadə hallarına yol verilməməsi üçün məlumatlandırma işləri aparılır: "Sumqayıt şəhərinin 3, 9, 12 və 30 nömrəli marşrut avtobuslarında sərnişindaşımada ikili tarif tətbiq olunur. Məsafədən asılı olaraq avtobusda şəhərdaxili qiymət 40 qəpik, şəhərətrafı qiymət isə 50 qəpik səviyyəsində müəyyən edilib. İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə Tarif Şurasının qərarının icrasının təmin edilməsi və tariflərin tətbiqi zamanı sui-istifadə hallarına yol verilməməsi məqsədilə AYNA tərəfindən Sumqayıt şəhərinin sözügedən 4 şəhərətrafı marşrutu üzrə məlumatlandırma işləri aparılır".
AYNA daşıyıcılara süni qiymət artımına yol verməmələri barədə xəbərdarlıq edildiyini vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2459 Tarix: 04 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakıda "28 May" metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib
12 oktyabrSabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında
11 oktyabrSabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
Sabah, oktyabrın 13-də Azərbaycanda 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündü
12 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Bəs əhəmiyyəti nədir?
Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız şagirdlərin xarici görünüşü ilə bağlı deyil, həm də məktəb mühitində bərabərliyin qorunması, nizam-intizamın formalaşması və təhsil müəssisəsinə məxsusluq hissinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, vahid forma şagirdlər arasınd
11 oktyabrBakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl
11 oktyabr