Dünyaya Açılan Enerji Qapısı

Dünyaya Açılan Enerji QapısıAzərbaycan bu gün regionda nəhəng enerji layihələrinin müəllifinə və fəal iştirakçısına çevrilib. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Hər dəfə olduğu kimi, yenə də Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Fevralın 3-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Qeyd edək ki, tədbirlərdə Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri, iri enerji şirkətlərinin, maliyyə təsisatlarının rəhbərləri iştirak ediblər.
Prezident İlham Əliyev qeyd edilən iclasda çıxışı zamanı Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açdığını, Rumıniya Prezidentinin bugünkü tədbirdə iştirakının enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirdiyini, iki ölkə arasında əlaqələr daha uğurlu olacağını deyərək bildirib ki, çünki Azərbaycan dünyada çox etibarlı nüfuz qazanan tərəfdaşdır.
Dövlət başçısı çıxışı zamanı bir daha vurğulayıb ki, enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir. Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. Ölkə başçısı enerji təchizatının davamlı şaxələndirilməsinə hazırlaşdıqlarını söyləyib: "Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl istifadəyə verildi. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq". "Biz, həmçinin alternativ enerji mənbələrindən danışırıq. Bu, əslində bizim enerji təchizatımızın davamlı şaxələndirilməsinin göstəricisidir. Biz buna hazırıq", – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Prezident İlham Əliyev, həmçinin Azərbaycan qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə Anlaşma Memorandumunun imzalanmasından sonra fəal şəkildə əlavə imkanların yaradılması haqqında düşündüklərini söyləyib. Bildirilib ki, təbii qaz ixracı 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olub. Cari ildə onun 24,5 milyard kubmetr olması gözlənilir. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir.
Qeyd edilib ki, hazırlanan layihələr gələcəyə doğru hesablanmalıdır. Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il üçün bəs edəcəkdir. Bərpaolunan enerji ölkəmizin planlarının bir hissəsidir. Üç əsas enerji şirkəti ilə razılaşma aparılıb və anlaşma memorandumu imzalanıb ki, 25 qiqavat həcmində bərpaolunan enerji resursları əsasında həm quruda, həm dənizdə külək və günəş enerjisi istehsal edilsin. Bu, çox böyük potensialdır.
Təkcə Xəzər dənizində külək enerjisi potensialının 157 qiqavat olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. İki il əvvəl Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyimiz ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Biz Naxçıvan Muxtar Respublikasında da böyük potensial müəyyən etmişik. Hazırda biz 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq".
Cənub Qaz Dəhlizi layihəsi – Avropanın yeni enerji damarıdır. Artıq Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə olacaqdır. Dövlət başçımızın dediyi kimi: "Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq".

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1173   Tarix: 04 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr