Füzulidə ölüm təhlükəsi olan kütləvi məzarlıq
Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin ərazisindəki ehtimal edilən kütləvi məzarlıqda minalar var.
Bunu ANAMA nümayəndəsi Vüsal Quliyev beynəlxalq səyahətçilər qrupu ilə birgə Füzuli rayonunun İşıqlı kəndində minatəmizləmə əməliyyatlarını izləyərkən əcnəbi səyyahlara məlumat verərkən deyib.
O, istehkamçıların Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş azərbaycanlıların kütləvi məzarlıqları ilə bağlı faktların araşdırılmasına və bu kütləvi məzarların aşkarlanmasına köməklik göstərdiklərini bildirib.
"Belə faktların baş verdiyi Kəlbəcərin Başlıbel və Xocavəndin Edilli kəndlərindən sonra hazırda Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində də işlər aparılır. Lakin ərazinin minalarla çirklənməsi səbəbindən işlər çox çətin irəliləyir", - ANAMA nünayəndəsi söyləyib.
Onun sözlərinə görə, 2020-ci il Vətən Müharibəsindən indiyədək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 81 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib, onlardan 14 minə yaxını tank əleyhinə minalar olub.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1743 Tarix: 04 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabr