Peyvənd xofu nədən qaynaqlanır? - SƏBƏBLƏR

Peyvənd xofu nədən qaynaqlanır? - SƏBƏBLƏRÖvladları dünyaya gəldikdən sonra peyvənd vurdurmamaq üçün dava edən valideynlər də var. Peyvənd xofunun nə qədər kəskin olduğunu pandemiya dönəmində də gördük. "Bizə çip taxırlar", "Vaksinlərlə əhalinin sayını azaldacaqlar", "Vaksin sonsuzluğa aparır", "Qəsdən kökümüzü kəsirlər", "Peyvənd yaxşı olsaydı, pulsuz olmazdı" kimi fikirlərlə çarpışmağımızdan çox vaxt keçməyib.

Ətrafımızda peyvəndə qarşı çıxan, ondan qorxan insanlar az deyil. Xüsusilə hər il qış mövsümündə, hər hansı xəstəlik yayılan zaman peyvənd mövzusu gündəmə gəlir, inananlarla inanmayanlar arasında "mübarizə" başlayır. Övladları dünyaya gəldikdən sonra peyvənd vurdurmamaq üçün dava edən valideynlər də var. Peyvənd xofunun nə qədər kəskin olduğunu pandemiya dönəmində də gördük. "Bizə çip taxırlar", "Vaksinlərlə əhalinin sayını azaldacaqlar", "Vaksin sonsuzluğa aparır", "Qəsdən kökümüzü kəsirlər", "Peyvənd yaxşı olsaydı, pulsuz olmazdı" kimi fikirlərlə çarpışmağımızdan çox vaxt keçməyib. Onlar düşünürlər ki, sanki bütün dünya xəstəliyin qarşısını almaq üçün deyil, xəstəlik yaymaq, yaxud insanları öldürmək üçün vaksinasiyanı kəşf edib.

Bəs peyvənd xofunun səbəbi nədir? Ümumiyyətlə, peyvənd qorxusunun əsası varmı?

"Kaspi" qəzeti bu və digər suallara cavab axtarmağa çalışıb:

Peyvənd xofunun 3 səbəbi

Almaniyada çalışan azərbaycanlı həkim Elvin Hüseynov deyir ki, peyvənd xofunun yaranmasının 3 səbəbi var. Əsas səbəb isə məlumatsızlıqdır: "Təkcə, Azərbaycanda deyil, bütün dünyada peyvənd xofunun 3 əsas faktoru var. İlkin səbəb məlumatsızlıqdır. Azərbaycanda peyvəndləşdirmə istiqamətində maarifləndirmə işləri kifayət qədər aparılmır. İkinci səbəb səhiyyə sisteminə inam və gətirilən peyvəndlərin tərkibinə şübhə edilməsi ilə bağlıdır. Sistemə inam olmadığı üçün bunu həyata keçirən həkimin də savadına şübhə edirlər. Üçüncü səbəb isə əhalinin ümumi təhsil və intellekt səviyyəsi ilə əlaqəlidir. Təcrübə göstərir ki, daha çox ali təhsilli, akademik kütləsi çox olan ölkələrdə peyvəndləmə faizi də çox olur".

"Vətəndaşımız hansısa "rus mütəxəssisin" sözlərinə inanır"

Mütəxəssis deyir ki, bütün dünyada "peyvənd əleyhdarları" deyilən xüsusi bir cərəyan mövcuddur. Bu cərəyanın aparıcı olduğu ölkələrdən biri də Rusiyadır: "Bizə Rusiyanın sosial şəbəkələr üzərindən təsiri çoxdur. İstənilən bir insan elmi faktları olmadan video çəkir və sosial şəbəkədə yerləşdirir. Bunu dinləyən vətəndaşımız hansısa "rus mütəxəssisin" sözlərinə inanır və peyvəndə inamı itir. Çünki dinlədiyini fakt hesab edir".

Tibdə mövcud olan heç bir dərman vasitəsi təhlükəsiz deyil

Peyvənd əleyhdarlarının gətirdikləri əsas odur ki, peyvəndin yan təsirləri var və ciddi xəstəliklərə səbəb olur. Mütəxəssis isə deyir ki, istifadə etdiyimiz hər dərman preparatının yan təsirləri mövcuddur: "2 qızım var. Hətta biri vaxtından əvvəl dünyaya gəlmişdi. Biz bütün peyvəndlərini etdirdik. Əgər peyvənd təhlükəli idisə, həkim olaraq, bunu kütlədən öncə bilərdim və əlbəttə, qızlarımın peyvənd olunmasına icazə verməzdim. Yan təsirlərinə gəldikdə isə, təbii ki, peyvəndlərin özlərinin də növləri var. İnaktivləşdirilmiş törədicilərlə olan peyvəndlər və tərkibində aktiv viruslar olan peyvəndlər. Uşağın orqanizmi yoxlanılır, əgər uşaq immun sistemini zəiflədən dərman qəbul edir, kəskin infeksiyası varsa, peyvənd vurulmur. Göstəriş yanlış olsa, peyvəndin təsirindən uzunmüddətli zədələr əmələ gələ bilər. Amma bu yan təsirlər sırf peyvəndlə bağlı deyil, qəbul edilən istənilən preparatdan ola bilər. Tibdə mövcud olan heç bir dərman vasitəsi tam təhlükəsiz deyil. Peyvənd orqanizmi xəstəliyi keçirmədən o xəstəliklə mübarizəyə hazırlayır və təsir mexanizmi də tam məntiqə dayanır. Üstəlik, peyvəndlərin lisenziya alması üçün yoxlamaları dərman preparatlarından daha ciddi şəkildə gedir. Buna görə də əgər xof varsa, bu bütün preparatlara olmalıdır".

Peyvənd inqilabi yenilikdir

Pediatr Vaqif Qarayev deyir ki, peyvənd yoluxucu xəstəliklərdən qorunmaq üçün təbabətin bu günə fikirləşdiyi ən yaxşı inqilabi yenilikdir: "Sovet dövründə "təbii çiçək" xəstəliyi var idi, milyonlarla insanın həyatını məhv etmişdi. Tibb peyvəndlə bu xəstəliyə qalib gəldi. Hər il mütləq şəkildə peyvənd olunmalıyıq. Çünki bütün dünyada peyvənd olunub xəstələnməyənlərin sayı kifayət qədərdir. Uşaqlarla işlədiyimə görə, mən öz təcrübəmdə də peyvəndin faydasını kifayət qədər görmüşəm. 1993-cü ildə Azərbaycanda uşaqlar arasında difteriya deyilən çox təhlükəli xəstəlik yayılmışdı. O qədər dəhşətli idi ki, mən o vaxta qədər onun haqqında ancaq kitabda oxumuşdum. Amma müharibə dövrü olduğu üçün peyvənd unudulmuşdu və bu, epidemiyaya səbəb oldu. Peyvənd əleyhdarlarına ən birinci arqumentim budur. Qızılca elə belə xəstəlik deyil. Onun koronovirusdan da ağır pnevmoniyası var. Koronavirusdan öncə bizdə qızılca yayılmışdı. Çünki peyvənd olunmurdular. Sovet dövründə hamı məcburi peyvənd olunmalı idi. Ona görə də difteriya, qızılca, göy öskürək, qulaqdibi kimi xəstəliklərə demək olar ki, rast gəlinmirdi. Peyvəndlərlə bağlı demokratiya bizə gələndən sonra valideynlər nə övladlarını peyvənd etdirdilər, nə özləri peyvənd olundular. Valideyn peyvənddən könüllü imtina edir. Mən 40 ildən çoxdur işləyirəm, 15 ildir davamlı olaraq peyvənd etmişəm, hələ peyvəndin 1 ağırlaşmasına rast gəlməmişəm".

Axı dünyada milyardlarla uşaq peyvəndlə xilas olub

Peyvəndlərlə bağlı dünyada ortaya atılan ən böyük iddialardan biri, autizmin peyvənd vasitəsilə yaranmasıdır. Lakin bununla bağlı elmi heç bir sübut yoxdur. Həmsöhbətimiz bildirir ki, antivaksinator ordusu internetdən tapdığı yanlış məlumatlarla insanları səhv yönləndirirlər: "Hamı peyvəndlərlə bağlı internetdən əsassız məlumatlar oxuyub ona inanır, mütəxəssisə qulaq asmır. İnsanlar daha çox mənfi düşüncələrə meyillidirlər. Daha dəhşətlisi isə bəzi həkimlərin peyvəndlə bağlı əks təbliğatıdır. Bu, artıq dünyanın sonudur. Kiminsə uşağında hansısa xəstəlik varsa, bunu peyvəndə bağlamaq olmaz. Axı dünyada milyardlarla uşaq peyvəndlə xilas olub".

Əhalini dezinformasiyaya inanmamağa çağırırıq

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bizə verilən məlumatda bildirilir ki, peyvənd xofunun yaranmasının səbəbi internet saytlarda aparılan əks-təbliğat kampaniyaları və səhv məlumatlardır: "Peyvəndlərin vacibliyi və təhlükəsizliyi barədə əhalinin maarifləndirilməsi peyvəndə qarşı qorxunun dəf edilməsində böyük rol oynayır. Yalnız aidiyyəti qurumların verdiyi məlumatlar bu sahədə aparılan ən son elmi işlərə əsaslandığından əhalini dezinformasiyaya inanmamağa çağırırıq".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1149   Tarix: 05 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test

Kardioloqlar bildirirlər ki, ürəyin işemik xəstəliyi qadınlar arasında süd vəzi xərçəngindən təxminən iki dəfə çox ölümə səbəb olur. xarici mediaya istinadən xəbər verir ki, buna baxmayaraq, bir çox qadın ilk xəbərdaredici əlamətləri ya görməzlikdən gəlir, ya da onları adi yorğunluqla əlaqələndirir

12 iyul
.

Dəhşətli baş ağrısının ŞOK SƏBƏBlərindən biri üzə çıxdı

Dondurma, buzlu içkilər və digər soyuq qidaların qəbulundan sonra yaranan qəfil ağrı tibbdə soyuq stimuluna bağlı baş ağrısı adlanır. Xüsusilə yay aylarında daha çox rast gəlinən bu vəziyyət qısamüddətli olsa da, kifayət qədər narahatlıq yarada bilir. xəbər verir ki, bu vəziyyət çox soyuq qida və y

12 iyul
.

Üzunömürlülük üçün bir nömrəli giləmeyvə

Diyetoloqlar bildirirlər ki, uzun və sağlam həyat tərzində qidalanma mühüm rol oynayır. Bu baxımdan qaragilə orqanizmi yaşla əlaqəli dəyişikliklərdən qorumağa kömək edə biləcək antioksidantlar, liflər və bitki mənşəli faydalı birləşmələrlə zəngin məhsullardan biri hesab olunur. Qaynarinfo xəbər veri

10 iyul
.

Dəri sağlamlığını dəstəkləyə biləcək 8 içki

Mütəxəssislərin fikrincə, qidalanma və kifayət qədər maye qəbulu dərinin sağlamlığına və görünüşünə təsir göstərə bilər. Nəmləndirici və faydalı qida maddələri ilə zəngin bəzi içkilər iltihabın azalmasına, kollagen sintezinin dəstəklənməsinə və dərinin elastikliyinin qorunmasına kömək edə bilər. Qaynarinf

7 iyul
.

Su qəbulunu necə artırmaq olar? - 5 faydalı məsləhət

İnsan orqanizminin böyük hissəsi sudan ibarətdir. Su hüceyrələrə qida maddələri və oksigenin daşınmasında, bədən temperaturunun tənzimlənməsində, həmçinin beynin normal fəaliyyətinin qorunmasında mühüm rol oynayır. Qaynarinfo xəbər verir ki, "Better Homes & Gardens" nəşri diyetoloqları

27 iyul
.

55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?

100 yaşdan çox yaşayan insanlar üzərində aparılan uzunmüddətli araşdırma göstərib ki, 100 il və daha artıq yaşamağın vahid resepti yoxdur. Bununla belə, uzunömürlü insanları birləşdirən bir sıra ümumi amillər müəyyən edilib. Qayanrinfo xəbər verir ki, "ScienceAlert"in yazdığına görə, Qahirədək

22 iyul
.

Allergiyadan astmaya aparan səbəblər: Kondisioner də nəfəs yollarını zədələyir? - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında tənəffüs yolları xəstəliklərindən danışılıb. Tənəffüs yolları xəstəlikləri hansı qruplara bölünür?. Ən çox rast gəlinən problemlər hansılardır?. Tənəffüs yolları xəstəliklərinin səbəbləri nələrdir?. Hava çirkliliyi ağciyərlərə necə təsir edir?. Siqareti

1 avqust
.

Beyini təhdid edən böyük təhlükə: 2050-ci ilədək 139 milyona çata bilər

Ümumdünya Səhiyyə Təşkilatınin (ÜST) məlumatına görə, hazırda dünyada 55 milyondan çox insan demansiyadan əziyyət çəkir. Əhalinin yaşlanması ilə əlaqədar bu göstəricinin 2050-ci ilədək 139 milyona yüksələcəyi proqnozlaşdırılır. Qaynarinfo xəbər verir ki, demansiya yalnız unutqanlıqla məhdudlaşmır. B

30 iyul
.

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

Antibiotik, ağrıkəsici və digər dərmanlardan sonra orqanizmi "təmizləmək" üçün bitki çayları və detoks proqramlarına müraciət edənlər olsa da, mütəxəssislər bu üsulların əksəriyyətinin elmi əsasının olmadığını bildirirlər. xəbər verir ki, həkim Svetlana Burnatskayanın sözlərinə görə, dərmanları

1 avqust