Vergi tələbindən sonra vətəndaşlar banklardakı əmanətlərini çəkəcəklər? - ARAŞDIRMA

Vergi tələbindən sonra vətəndaşlar banklardakı əmanətlərini çəkəcəklər? - ARAŞDIRMABanklarda yerləşdirdiyimiz əmanətlərdən əldə etdiyimiz gəlir 7 il idi ki, vergidən azad idi. Bu müddət bitdi və fevralın 1-dən artıq əmanətlərdən əldə etdiyimiz gəlirin 10 faizi vergi olaraq bizdən tutulacaq. Güzəşt müddətinin bitməsi xəbəri yayılandan, narahatlıq dolu suallar da yaranmağa başladı. "Hamı pulunu banklardan çəkəcək" kimi fikirlər səsləndirilib.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bu fikirlərin əsasında duran səbəb elə güzəştin tətbiq olunması idi. Çünki güzəşt əhalinin banklara pul yerləşdirməsinə maraq yaratmaq məqsədi ilə edilmişdi. Belə ki, 2015-ci il devalvasiyasından sonra pulunu banklarda deyil, yastıq altında saxlayanlar çoxalmışdı. Əhalinin banka əmanət yerləşdirilməsini stimullaşdırmaq üçün müəyyən addımlar atıldı. Onlardan biri banklara yerləşdirdiyimiz əmanətlərin yüz faiz dövlət tərəfindən sığortalanması idi, biri də əmanət faizlərinə vergi güzəşti. Zamanla əhalinin banklara inamı artdı. 2021-ci ildən etibarən banklara yerləşdirdiyimiz əmanətlərin hamısı deyil, 100 min manata qədər hissəsi sığortalanır. İndi isə artıq 7 illik güzəştdən sonra əmanət faizlərindən vergi verməyə başlayacağıq.

"Vergisiz əmanətlər vətəndaşlar üçün daha cəlbedici idi", - deyən millət vəkili Vüqar Bayramov güzəşt müddətinin daha bir il uzadılmasını təklif edirdi:

"Vergi güzəştinin uzadılmaması əmanətlərin həcminə və xüsusən də valyuta strukturuna neqativ təsir göstərə bilər. Bu, milli valyutada yığımlara marağı da azalda bilər. Belə ki, bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18.0 faiz idisə, indi bu rəqəm 61.0 faizədək yüksəlib. Manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividendin ödənilməsi kimi faktorlar ilə yanaşı, vergi güzəştləri də manatla yığımlara marağı artırıb. O baxımdan, daha məqsədəuyğun olardı ki, ya məcəlləyə dəyişiklik edilib, güzəşt müddəti daha 1 il uzadılsın və ya sığorta olunan əmanətlər gəlir vergisindən azad olunsun. Birinci halda, növbəti 1 il müddətdə yeni mexanizm hazırlamaq mümkündür. 2024-ci ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaratmaz. İkinci halda, əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu əksər fiziki şəxsləri əhatə edəcək".

Bank məsələləri üzrə ekspert Cəfər İbrahimli ilk olaraq ödəyəcəyimiz məbləğdən danışıb:

"Xəbər ilk yayıldığında, insanlarda bir az yanlış anlaşılma da oldu. "Əmanətimdən pul tutulacaq" kimi suallar da verildi. Banka qoyduğunuz puldan hər hansı faiz tutulmur. Vergi əmanətinizdən əldə edəcəyiniz gəlirdən tutulacaq. Tutaq ki, bankda 10 000 manat pulunuz var, 10 faizlə yerləşdirmisiniz. Sizin əmanətdən illik gəliriniz 1000 manat olur. İlin axırı həmin 1000 manatın 10 faizini vergi olaraq ödəməli olacaqsınız. Yəni 1000 manat deyil, 900 manat alacaqsınız. Güzəşt dövründə isə 1000 manatı tam alırdınız".

C.İbrahimli 10 faizlik vergiyə görə əhalinin banklardan əmanətlərini geri çəkəcəyini düşünmür:

"7 illik güzəştdən öncə də əmanətlərin faizlərinə vergi tətbiq olunurdu. O vaxt da Azərbaycan banklarında əmanətlər artırdı. Banka əmanət yerləşdirmək problemi devalvasiyaya görə yaranmışdı, həmin dövrdə bu qərar verildi. Bundan sonra təsirinin necə olacağını ölçmək lazımdır. Verginin banklara əmanət yerləşdirilməsinə ciddi təsiri olacağını düşünmürəm. Bütün sahələrdə gəlirimizin müəyyən hissəsindən vergi verməliyik. Əmanət faizləri də elədir".

C.İbrahimlinin sözlərinə görə, əhali həm də ona görə bankdan pulunu çəkməyəcək ki, Azərbaycanda digər kapital bazarları o qədər də inkişaf etməyib:

"Digər kapital sektorları bank sektorunun kölgəsində qaldığı üçün Azərbaycan insanı investisiya deyəndə, əsas, banka əmanət qoymağı düşünür. Onu da tətbiq edir. Vəsaitləri bankdan çıxaranda investisiya etmək üçün alternativ sahələr olmalıdır. Azərbaycanda səhm, istiqraz, əmlak bazarı var, amma bu sektorlar daha çox məlumatlılıq tələb edir".

Bank eksperti deyir ki, əgər kimsə gəlirinə görə faiz ödəmək istəmirsə, məlumatlılığı varsa, investisiyasını səhm və istiqrazlara yatıra bilər:

"Səhm və istiqrazlardan əldə edilən gəlirə görə hələ ki vergi güzəşti tətbiq edilir. Maliyyə Nazirliyi büdcəyə vəsait cəlb etmək üçün illik 2-3 milyard manat məbləğində dövlət istiqrazları emissiya edir. Onları ala bilərlər. Faizləri də təxminən əmanətlərə uyğundur. Hətta Azərbaycan bazarında korporativ istiqrazların faizi bank əmanətlərinin faizindən yüksəkdir".

C.İbrahimlinin sözlərinə görə, əgər banklardan pul çəkilməyə başlanılarsa, banklar əmanət faizlərini yüksəldə bilərlər:

"Banklar vəsaitin banklardan çəkildiyini görsələr, o zaman əmanət faizini 1 faiz civarında yüksəldərək, əhalinin həmin itkisini kompensasiya etmiş olacaqlar".

Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, verginin tətbiqi əmanətlərə hər hansı təhdid yaratmır: "Ola bilər ki, bu kredit faizlərinə təsir etsin. Bunu isə qarşıdakı təhlillərimiz əsasında deyə biləcəyik".

C.İbrahimli bildirib ki, verginin tətbiqi təklikdə kredit faizlərinə ciddi təsir göstərə bilməz. Ancaq uçot dərəcəsinin artırılması fonunda, iki amilin bir yerdə müəyyən qədər təsiri ola bilər:

"Əmanət faizlərinin 1 faiz artımının kredit faizlərində ciddi dəyişiklik yaradacağını düşünmürəm. Ancaq Mərkəzi Bank fevralın 1-i uçot dərəcəsini artırıb 8,5 faiz etdi. Bu artımda da məqsəd istehlak kreditlərinin azalmasıdır. İnflyasiyanı tənzimləmək üçün istehlak kreditlərinin əlçatanlığı bir az çətinləşdirilir. Bu da bir dönəm üçündür. Yəni hər iki faktorun təsiri ilə kredit faizlərində yüksəlmə ola bilər. Ancaq böyük artım olacağını düşünmürəm".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3302   Tarix: 05 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

MegaSec ADEX 2026 sərgisində ilk dəfə iştirak edəcək-VİDEO

MegaSec MMC ilk dəfə ADEX 2026 beynəlxalq müdafiə sərgisində iştirak edəcək. xəbər verir ki, şirkətdən verilən məlumata görə, sərgi 30 sentyabr - 2 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. MegaSec sərginin 4-cü pavilyonunda yerləşən stendində müasir texnologiyalarını nümayi

30 sentyabr
.

Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 3 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 758,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən 24,29 milyon ABŞ dolları və ya 3,3 % çoxdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiy

1 oktyabr
.

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo

21 sentyabr
.

İqtisadçı ekspert vəfat etdi

İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını

29 sentyabr
.

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal materialları və süni intellekt (AI) sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib. "Report" İtaliyanın Müəssisələr və "Made in Italy" Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr italiyalı nazi

29 sentyabr
.

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə

1 oktyabr
.

Azərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm

24 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb

Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl

22 sentyabr