"Hər zaman olduğu kimi Azərbaycan bu gün də qardaşını pis günündə tək qoymadı" - DEPUTAT
"Təəssüf ki, bu gün qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı durmadan artmaqdadır".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
"Bu saata olan rəsmi məlumata görə qardaş Türkiyənin cənub-şərqində 7.7 gücündə baş verən zəlzələ nəticəsində 912 nəfər ölüb, 5385 şəxs yaralanıb. 2 min 470 nəfər dağıntılar altından xilas edilib. 2 min 818 bina isə dağılıb. Ölən və yaralıların sayının artması gözlənilir. Zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm. Hər zaman olduğu kimi yenə də Azərbaycan qardaşını pis günündə tək qoymadı. Cənab prezidentin verdiyi tapşırığa əsasən ilkin olaraq Fövqəladə Hallar Nazirliyinin 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb. Bundan əlavə ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarə də hazırlanır və ən qısa zamanda onun göndərilməsi nəzərdə tutulur. İnanıram ki, tezliklə qardaş Türkiyə bu ağır sınağı da arxada qoyacaq və zəlzələ baş verən bölgələrdə həyat yenidən öz axarına qayıdacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Sabahın havası: Yağış, şimşək, duman...
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto