Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTO

Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTO2021-ci il martın 22-də Buzovna qəsəbəsi, Dəmir Yolu küçəsində 1954-cü il təvəllüdlü Ramiz Kərimov vəfat edir. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları meyitin üzərindəki zorakılıq əlamətlərinin səbəbini soruşub. Mərhumun arvadı və oğlu onun yüksək təzyiqi olduğundan, həmçinin bayram günü spirtli içki qəbul etdiyindən həyətdə yıxılaraq xəsarət aldığını deyiblər.

Həkim şübhəli ölümlə bağlı Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verib.

Həmin gün şübhəli şəxs qismində mərhumun oğlu, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü İlqar Kərimov saxlanılıb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTOHadisə üzrə cinayət işi

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Ramiz Kərimov mütəmadi münaqişə yaradıb, ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib. Martın 20-də axşam o, spirtli içki qəbul etdikdən sonra arvadı Tamilla Kərimovadan yenidən spirtli içki gətirməsini tələb edib. Arvadı imtina edəndə Ramiz Kərimov həyat yoldaşını döyüb. Oğlu İlqar Kərimov araya girib atasını sakitləşdirməyə çalışarkən, atasının onu söyməsindən hiddətlənib. Ramiz Kərimova yumruqla zərbələr vuraraq onu yerə yıxıb. Hadisədən sonra, anası ev şəraitində ağrıkəsici tibbi vasitələrdən istifadə edib. İlkin yardım göstərməsinə baxmayaraq, R.Kərimov martın 22-i səhər saat 06-da ölüb.

İş üzrə dindirilmiş İlqar Kərimov bildirib ki, bacısı 16 il əvvəl ailə həyatı qurub, həmin vaxtdan o, valideynləri ilə birlikdə qalıb. Atası son 12 ildə daim spirtli içki qəbul edib və ailədə söz-söhbət yaradıb:
Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTOİlqar Kərimov

"Ramiz Kərimovun hərəkətləri bizi hövsələdən çıxarsa da, bir dəfə də olsun ona heç kim əl qaldırmadı. Təzyiqi olduğundan ara-bir müvazinətini itirib, yıxılsa da, heç vaxt həkimə müraciət etməmişdi. Martın 20-də axşam bayram süfrəsinə əyləşdik. Spirtli içki qəbul edəndən sonra atam anama marketdən araq alıb gətirməsini dedi. Anam atama spirtli içkini az qəbul etməsini, bu qədər içməklə canına qəsd etdiyini və araq almayacağını bildirdi. Bundan əsəbiləşən Ramiz Kərimov anamı söyməyə başlayanda, onu sakitləşdirməyə çalışdım. Amma atam məni itələdi, masada olan boşqabı götürüb anamın başına çırpdı.

Anamın alnından qan axdığını görüb bir anlıq etdiyim hərəkəti fikirləşmədən, atamın sağ gözünə yumruqla zərbə vurdum. Zərbədən atam arxaya getdi və divanda oturdu. Həyətə çıxıb bir az özümə gələndən sonra yenidən evə keçdim və anama özümdən asılı olmayaraq atamı vurduğumu söylədim. Anam mənə darıxmamağımı və hər şeyin yaxşı olacağını dedi. Ayın 22-də səhər atam özünü narahat hiss etdi və qəflətən halı pisləşdi. Dərhal Təcili Tibbi Yardım stansiyasına zəng edib məlumat verdik. Həkimlər müayinə edib atamın öldüyünü bildirdilər. Mərhumun üzündə və bədənində xəsarǝtlər olduğu üçün həkimlər polisə məlumat verdilər. Atamın üzünə yumruqla zərbə vurduğumu polis əməkdaşlarına bildirmədim. Atamın meyiti patoloji anatomiya şöbəsində müayinə edildikdən sonra bizə təhvil verildi. Həmin gün şübhəli şəxs qismində saxlanıldım".
Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTORamiz Kərimovun meyiti

Zərərçəkmiş şəxsin hüquqi varisi Saidə Allahverdizadə ifadəsində göstərib ki, ailəvi olaraq nə qədər çalışsalar da, atasının spirtli içki qəbul etməsinə mane ola bilməyiblər:

"Dəfələrlə atamın hərəkətlərindən bezən anam və qardaşım İlqar küsüb bizim, həmçinin qohumların evinə gedirdilər. Qardaşım tərbiyəli, mehriban və öz hərəkətlərinin yerini bilən insandır. Martın 20-də oğlum Ramazan bayram axşamı nənəsigildə olub. Oğlumun sözlərinə görə, atam anamı təhqir edib və boşqabla vuraraq, başına xəsarət yetirib. Buna dözməyən İlqar yumruqla atamın üzünə zərbələr vurub.

Ayın 22-də anam ev telefonuma zəng vuraraq, atamın təzyiqdən vəfat etdiyini xəbər verdi. Atamgilə gedəndə, anam və qardaşım bildirdilər ki, atam ölməmişdən əvvəl gecə müvazinətini itirib yerə yıxılıb. Üzündəki xəsarətlərin bunun nəticəsində əmələ gəldiyini dedilər. Polis əməkdaşları atamın ölümündə qardaşımı təqsirkar hesab edib saxlayıblar".

Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTOİttiham aktı

Şahid qismində dindirilmiş Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin təhqiqatçısı Fariz Məmmədov ifadəsində göstərib ki, martın 22-də Təcili Tibbi Yardım Stansiyasından daxil olan məlumat əsasında, əməliyyat qrupu ilə birlikdə Buzovna qəsəbəsinə yollanıb:

"Ramiz Kərimovun təzyiq xəstəliyi ilə bağlı martın 20-də yıxılaraq xəsarət alması və 2 gündən sonra ölməsi bildirilib. Mərhumun üzündəki xəsarətlərdən şübhələndim. Çünki onlar hündürlükdən yıxılma nəticəsində əmələ gələn xəsarətlərə oxşamırdı. Elə təəssürat yarandı ki, sanki sağlığında kənar şəxs onun üzünə zərbələr vurub. Ona görə də rayon prokurorluğuna zəng edib məlumat verdim. Prokurorluq əməkdaşları gələndən sonra meyit daxili müayinə edilməsi üçün patoloji anotomiya şöbəsinə göndərildi. Ramiz Kərimovun oğlu və arvadı şöbəyə dəvət olundular. Sorğu-sual olunan İlqar Kərimov etiraf etdi ki, ayın 20-də ailə münaqişəsi zamanı atasına yumruqla xəsarətlər yetirib".
Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTORamiz Kərimov

Məhkəmə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə həmin maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin etməsini əsaslı və ədalətli hesab edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Kərimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətiə azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2957   Tarix: 09 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu

Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind

12 avqust
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi

Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqin

11 sentyabr
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr