Masallıda narkotikin təsiri altında olmaqda şübhəli bilinən sürücü həbs edilib
Masallıda narkotikin təsiri altında olmaqda şübhəli bilinən sürücü həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı şəhəri ərazisində hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini İbrahim Əlizadənin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən, İ.Əlizadənin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. İnzibati xətanı il ərzində təkrar törətdiyi üçün məhkəmənin qərarı ilə İ.Əlizadə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 8 gün müddətində inzibati qaydada həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1603 Tarix: 12 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI
Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub. Bu barədə -ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, aprelin 29-da Gəncə şəhər 9 nömrəli məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb:. "Mübahis
30 aprelHamlet Musayevin qızı həbs edildi
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin qızı həbs edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, M.Musayeva bir nəfərin yarım milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İlkin ittihamda yazılıb ki, M.Musayev
22 aprelYük maşınının yanına gəldi, sürücüyə pəncərədən dəhşəti yaşatdı - VİDEO
İstanbulun Zeytinburnu rayonunda yolda üstünlük vermə üstündə iki yük maşını sürücüsü arasında yaranan mübahisə qısa müddətdə davaya çevrilib. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı tərəflər arasında gərginlik artaraq fiziki qarşıdurmaya keçib. İddiaya görə, sürücülərdən biri digərin
1 aprel10 yaşlı məktəblini dərsə gedərkən it qapdı
Biləsuvar rayonunda məktəbli oğlan sahibsiz itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, 10 yaşlı Q.Y. məktəbə gedərkən yolda it ona hücum edib. Uşaq ayaq nahiyəsindən xəsarət alıb. Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb, ona zərur
2 aprelPsixiatriya xəstəxanasında ölən Miri ilə bağlı - Həbs edilən var
Aprel 4-də Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan 1992-ci il təvəllüdlü Miri İsmayılovun ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya məlumat verilib. Qeyd edili
22 aprel70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub
27 aprelAzər Qasımlıya hökm oxunub
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəməsi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib, Azər Qasımlı 12 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuro
11 mart