Yağla bağlı mühüm qərar - Avqustun 1-dən...
"Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası" təsdiqlənib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib.
Yaxılabilən yağlar qida məqsədilə istifadə edilən, habelə fiziki və kimyəvi modifikasiyaya məruz qalmış bitki mənşəli yağlardan və ya onların heyvan mənşəli yağlar və (və ya) piylərlə qarışığından əldə edilən, yağ-su emulsiyası halında olan, formaya salına bilən, yağ tərkibi 10 - 90 % arasında olan yağlar (marqarin və spred), qatı yağlar qida məqsədilə istifadə edilən, habelə fiziki və kimyəvi modifikasiyaya məruz qalmış bitki mənşəli yağlardan və ya onların heyvan mənşəli yağlar və (və ya) piylərlə qarışığından əldə edilən, yağ tərkibi 91 - 99 % arasında olan yağlardır. Trans yağ turşuları isə ən azı bir ədəd trans konfiqurasiyada "karbon-karbon" ikiqat əlaqəyə malik yağ turşularıdır.
Qaydaya əsasən, yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının miqdarı (heyvan mənşəli yağlarda və piylərdə təbii halda yaranan trans yağ turşuları istisna olmaqla) məhsulun ümumi yağ tərkibinin 2 %-dən çox olmamalıdır.
Bu qayda kərə yağı və süd yağı əsaslı yağlara şamil edilmir.
Qərar 2023-cü il 1 avqust tarixindən qüvvəyə minir.
Qayda qüvvəyə mindikdən sonra qida subyektləri tərəfindən sözügedən məhsulların qeyd edilən tələblərə uyğunluğu 6 (altı) ay müddətində təmin edilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Ailələrə uşaq sayına görə pul veriləcək?
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu