Qarla bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT EDİLDİ
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarədən Sonxeber.az-a daxil olan müraciətdə deyilir:
"Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, qarın yağması ilə yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, xüsusilə səhər və axşam saatlarında yolların sürüşkən olduğunu nəzərə alaraq, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir.
Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onlara təhlükəsizlik baxımından məsuliyyətli olmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyi tövsiyə edirik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1510 Tarix: 17 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri
Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın
11 oktyabrMasazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto
Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl
12 oktyabrUşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın
11 oktyabrMetro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ
"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı
11 oktyabr