AMEA prezidentindən BAŞDANSOVDU ADDIM - "Axı sizi nə məcbur edir ki, belə edəsiniz?"

AMEA prezidentindən BAŞDANSOVDU ADDIM - "Axı sizi nə məcbur edir ki, belə edəsiniz?"Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev" ili elan olunub. İl çərçivəsində ümummilli liderlə bağlı ölkə miqyasında əhəmiyyətli tədbirlər həyata keçirilməlidir. Bu tədbirlərin fonunda ulu öndərin həyat və fəaliyyəti haqqında yeni məqalələr işıq üzü görməli, elmi-praktik konfranslar keçirilməli, eləcə də digər müxtəlif tədbirlər reallaşdırılmalıdır. Əlbəttə, burada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) da üzərinə xeyli məsuliyyət düşür. Belə ki, Akademiyanın ayrı-ayrı humanitar institutları, elm adamları və yaradıcı qurumları tərəfindən aidiyyəti mövzularda layihələr həyata keçirilməlidir. Çox təəssüflər olsun ki, bu sahədə başdansovdu fəaliyyət hiss olunur. Xüsusilə AMEA kimi bir qurumun Heydər Əliyev haqqında qeyri-ciddi, peşəkarlıqdan uzaq fəaliyyəti ciddi qıcıq oyadır. Gəlin faktlardan birinə diqqət yetirək.

Bu ilin fevral ayının 14-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin imzası ilə "Azərbaycan" qəzetində "Heydər Əliyevin ədəbiyyat siyasəti və müasir dövr" adlı məqaləsi nəşr olunub. (https://azerbaijan-news.az/az/posts/detail/heyder-eliyevin-edebiyyat-siyaseti-ve-muasir-dovr-1676322059). İlk baxışdan məqaləyə nəzər saldıqda mövzunun nə qədər geniş və ideoloji xəttə uyğun olduğu sezilir. Amma kiçik araşdırmada, Heydər Əliyev irsi sahəsində ixtisaslaşan mütəxəsisslərin nəzərində bu boyda məqalə heçə enir. Çünki məqalə ümummilli lideri urvatdan salmaq məqsədi daşıyır, çox iyrənc şəkildə formalaşmış "copy paste" üslubu ilə biabırçı ənənə yaşanır.

Çünki "copy paste" üzrə püxtələşmiş akademik hələ bu məqaləni 2013-cü il iyunun 19-da "Xalq qəzeti"nin elektron versiyasında "Heydər Əliyevin ədəbiyyat siyasəti və müasir dövr" adı ilə dərc etdirib. (https://old.xalqqazeti.com/az/news/politics/35310). Elə həmin məqalədə yazılır: "Keçən əsrin 70-ci illərində Heydər Əliyevin Azərbaycanın bir qrup tanınmış dilçi alimlərini Muxtar Hüseynzadəni, Əlövsət Abdullayevi, Yusif Seyidovu, Ağaməli Həsənovu çoxcildlik Müasir Azərbaycan dili dərsliyinə görə respublikanın Dövlət mükafatı ilə təltif etməsi də elmi-ictimai və ədəbi-mədəni mühitdə ana dilinin mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edirdi. Bununla Heydər Əliyev hələ XVI əsrdə Şah İsmayıl Xətai ilə başlanan, zaman-zaman qabarıb-çəkilən ana dili siyasəti məsələsini ilk dəfə tam rəsmi olaraq dövlət siyasəti səviyyəsində həyata keçirməklə tamamlamışdır…

…Bundan başqa, millətin və ölkənin bütövlüyü düşüncəsinin cəmiyyətdə formalaşdırılmasında da Heydər Əliyev ədəbiyyat faktorundan məqsədyönlü şəkildə faydalanmışdır. XX əsrin yetmiş-səksəninci illərində Cənub mövzusunda yazılmış əsərlərə dövlət səviyyəsində bəslənilən loyal münasibətlərin kökündə Cənubi Azərbaycanla bağlı ictimai fikri formalaşdırmaq tendensiyası dayanırdı. Nəhayət, Azərbaycan dövlətinin rəhbəri Heydər Əliyevin 12 iyun 1981-ci ildə ölkə yazıçılarının VII qurultayındakı nitqində Cənub ədəbiyyatı ilə əlaqədar söylədiyi aşağıdakı fikirlər Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasına, dəmirdən də möhkəm olan prinsiplər əsasında formalaşdırılmış məhdudiyyətlərin aradan qaldırılmasına münasib şərait yaratmışdır: "Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır".

Həmin mətn 10 il sonra yenidən "Azərbaycan" qəzetində yalnız girişi fərqləndirilməklə yenidən "dahiyanə" şəkildə oxucuların diqqətinə çatdırılır.

Sonradan məlum olur ki, ümumiyyətlə, bu yazı heç "Xalq qəzeti" üçün də hazırlanmayıb. Sən demə, akademikin müəllifi olduğu araşdırma elə onun öz təşəbbüsü ilə Heydər Əliyevin 90 illiyinə həsr olunan məqalələr toplusundan "çırpışdırılıb". Həmin nəşrdəki "Heydər Əliyev: dövlətçilik təlimi və müasir dövr" adlı yazı toplunun 73-89-cu səhifələrində əks olunub. Həmin səhifələrdəki elmi məqalə "Heydər Əliyevin dövlətçilik təlmində ədəbiyyat siyasəti və müasirlik" adlanır. Elə həmin topludakı hissə girişi çıxmaq şərtilə nöqtəsinə, vergülünə toxunmadan eynidir.

Biabırçılıq ondadır ki, Heydər Əliyevin anadan olmasının 90 illiyilə 100 illiyi arasında bütöv bir dövr – 10 il durur. Bu, o deməkdir ki, İsa Həbibbəyli bu dövr ərzində özünə əziyyət verməyib hazır materialları yenidən "dövriyyəyə buraxmaqla" cəmiyyəti aldatmağa çalışır. Hörmətli akademik deyə bilər ki, bəs cənablar, KONKRET-az-ın Araşdırma Qrupu unudur ki, təkrar biliyin anasıdır. Biz bu məqalələri yenidən verməklə, diqqəti ulu öndərin fəaliyyətinə yönəldirik. Amma İsa Həbibbəyliyə ərz etmək lazımdır ki, məqalələrin tərtib edilməsinin qaydaları var. Əgər üstündən 10 il keçirsə, həmin yazı təkrar çapa hazırlanarkən xüsusi qeydlə verilməlidir. Və əlavə olunmalıdır ki, son 10 ildə də yeni araşdırmalar oxucuların diqqətinə çatdıralacaq.

Hörmətli akademik unudur ki, başdansovduluq, "copy-paste" əməliyyatları, birəbir köçürmələr və digər arzuolunmaz üslublar ideoloji prosesi məhv edir, onsuz da cəmiyyətdə formalaşmış zərərli yanaşmanı xərçəng xəstəliyinə çevirir. Odur ki, nə qədər gec deyil, dayanın, cənab akademik, sizdən sonra gələn nəsili belə vərdişlərə sövq etməyin, elmimizdə, ideologiyada köçürməçilik, məsuliyyətizlik xəstəliyini təşviq etməyin.

KONKRET-az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1316   Tarix: 17 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Andrey Babişin ölkəmizə səfəri Azərbaycan-Çexiya arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir"- DEPUTAT

"Prezident İlham Əliyevin 2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat ölkəmizin daim artan diplomatik gücünün göstəricisidir". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, bu gün bir dövlətlərl

30 aprel
.

5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılıb öldü

Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə aprelin 30-da saat 17 radələrində Nizami rayonunda qeydə alınıb. Belə ki, 2021-ci il təvəllüdlü Polad Rövşən oğlu Məmmədov qonaq olduğu X.Dadaşovanın yaşadığı C.Naxçıvanski küçəsi 89 ünvanındak

1 may
.

Boğazında yemək qalan 1 yaşlı körpə öldü

Abşeron rayonunda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə aprelin 28-i saat 21 radələrində Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2025-ci il təvəllüdlü Müslüm Kamaləddin oğlu Müslümlü yaşadığı evdə boğazında yemək qaldığı üçün boğulara

30 aprel
.

Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər

Bu gün Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Mötəbər Beynəlxalq idman yarışların

30 aprel
.

Xəzər dənizində zəlzələ baş verib

Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ baş verib. xəbər verirki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 03:09-da qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib

30 aprel
.

Çörək bahalaşacaq? - Agentlik RƏSMƏN açıqladı

Sosial şəbəkələrdə və internet informasiya resurslarında Azərbaycanda ərzaqlıq buğda və çörəyin bahalaşacağı, qıtlıq yaranacağı ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir. "Report"a istinadla xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində

30 aprel
.

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - Foto

Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzində baş vermiş partlayış nəticəsində həkim-radioloq Asif Nəsirli ağır xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə ilə bağlı aparılan araşdırmalar zamanı dəhşətli faktlar üzə çıxıb. Belə ki, hadisə zamanı həyatını itirən xəstə 1988-c

30 aprel
.

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə reaksiya

Məşhur meyxanaçı Elşən Xəzər qızının "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın məhkəməsində ifadə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. xəbər verir ki, bu barədə "Qafqazinfo"ya danışan meyxanaçı yayılan xəbərlərin tamamilə yalan olduğunu bildirib:. "Məni

1 may
.

"Bayou Villas Delice Peninsula" 2026-cı il yay mövsümünü açır

Didimdə yerləşən "Bayou Villas Delice Peninsula" yenilənmiş xidmətləri və villa qonaqları üçün nəzərdə tutulmuş yeni imtiyazları ilə 2026-cı il mövsümünə start verir. ​Bu mövsüm məkanlar və xidmətlər daha fərdi (privat) xarakter alıb. "Fish Camp" restoranı artıq yalnız villa qonaqlar

1 may