"Xaricdə təhsil alanlar üçün aviabiletlərə endirim edilməlidir" - DEPUTAT
"İstər ölkə daxilində, istərsə də xaricdə təhsil alan tələbələrə güzəştlər olmalıdır".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov deyib.
Deputat qeyd edib ki, Türkiyədə baş verən zəlzələdə həlak olanlar arasında təəssüf ki, azərbaycanlı tələbələr də var. Onların valideynlərinin söylədiyinə görə təyyarə biletləri baha olduğu üçün qış tətilini orada qalmalı olublar. Xaricdə təhsil alan tələbələr o qədər çox deyil. Düşünürəm ki, o tələbələrə müəyyən güzəştlər ola bilər. Məsələn, xaricdə təhsil alan tələbələrə aviabiletlərə 50 faiz endirim edilməlidir. O zaman düşünürəm ki, tələbələr tətillərdə rahat şəkildə evlərinə gələ bilərlər. Hesab edirəm ki, müvafiq qurumlar bununla bağlı hamını razı salan addımlar atacaqdır".
Deputat vurğulayıb ki, ikinci məsələ tələbələrin təhsil haqqı ilə bağlıdır:
"Təhsil haqqı ilə bağlı müraciət edənlər çoxdur. Hesab edirəm ki, bu məsələdə də tələbələrimizə müəyyən güzəştlər edilməlidir. Çünki bəzi ailələr təhsil haqqını ödəyə bilmədiyi üçün övladını universitetə getməsinə icazə vermir. Əsasən də bölgələrdə. Ona görə də bu məsələnin həll edilməsi mütləqdir. Çünki hər kəsin ali təhsil almaq hüququ vardır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1395 Tarix: 17 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri
Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın
11 oktyabrMasazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto
Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl
12 oktyabrUşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın
11 oktyabrMetro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ
"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı
11 oktyabr