Azərbaycanda uşaqlar arasında yayılan virusların adı açıqlanıb
Azərbaycanda uşaqlar arasında yayılan virus infeksiyalarının adı açıqlanıb.
Sonxeber.az xəbər verir ki, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunun (OMD) baş həkimi Azər Əhmədov report-a müsahibəsində bildirib ki, bu il ölkədə uşaqlar arasında mövsümi xəstəliklərə rast gəlinir.
O, qeyd edib ki, əvvəlki illərlə müqayisədə ötən ilin noyabr ayından sanki xəstə sayında artım müşahidə edilib:
"Təbii ki, həmin xəstəliklərin hamısı da bildiyimiz virus infeksiyalarıdır. Bu da tənəffüs yolu infeksiyalarına səbəb olan virus və bakteriyalardır. İlk dövrlərdə uşaqlar arasında respirator sinsitial virus dediyimiz infeksiya çoxluq təşkil edirdi. Bunu daha sonra qrip kimi tanıdığımız "İnfluenza" virusu əvəzlədi. Daha sonra az sayda adenavirus, Epstein-Barr virusu (EBV) görsək də daha çox bakterial infeksiyaların A qrupundan olan Beta hemotilik streptokok dediyimiz boğaz infeksiyası yayıldı. Bu, 5 yaşdan yuxarı uşaqlarda daha təhlükəli fəsadlara yol aça bilir. Bu fəsadlara ciddi revmatizm, ürək zəifliyi aiddir. Hazırda həmin infeksiyalara az-az da olsa, rast gəlinir. Lakin yoluxma hallarının azalmasını müşahidə edirik. Bu da təbiidir. Çünki payız-qış mövsümünün bitməsinə yaxınlaşırıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1058 Tarix: 17 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri
Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın
11 oktyabrMasazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto
Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl
12 oktyabrUşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın
11 oktyabrMetro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ
"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı
11 oktyabr