ABŞ Ukraynanın qələbəsinə əmin olduğunu bildirib

ABŞ Ukraynanın qələbəsinə əmin olduğunu bildirib"ABŞ Ukraynanın Rusiya ilə münaqişədə uğur qazana biləcəyinə şübhə etmir".

Bunu şənbə günü Münhen Təhlükəsizlik Konfransında çıxış edən ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken ABŞ-ın lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb: "Bizim Ukraynanın qələbəsinə və uğuruna heç bir şübhəmiz yoxdur", - deyə o, davam edib.

ABŞ dövlət katibi NATO-nun "30 ildir bənzəri görülməyən" birliyinə işarə edib: "Bütün ölkələrdən minlərlə şirkət Rusiyanı tərk edib, çünki reputasiya riskləri çox yüksəkdir", - deyə o əlavə edib. Amerika diplomatiyasının rəhbəri "Rusiyanın dünya ilə bütün əlaqələri bir-bir kəsilib" bəyanatını da səsləndirib.

Nəticədə, o qeyd edib ki, ümid etmək olar ki, Rusiya Federasiyasının rəhbərliyi bunun onun üçün strateji uğursuzluq olduğunu başa düşəcək.

2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putininqəbul etdiyi qərara əsasən rus qoşunları Ukrayna ərazisinə daxil olaraq işğal siyasətini gerçəkləşdiriblər. Putin vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğal etmək daxil deyil, məqsədlər isə ölkənin demilitarizasiyası və denazifikasiyasıdır. Lakin ərazilərin işğalı və yaşayış məntəqələrinin dağıdılması Avropa və ABŞ-ı hərəkətə keçməyə vadar etdi.

Qərb Rusiyanın bu qərarına cavab olaraq ona qarşı tədricən çoxsaylı və irimiqyaslı sanksiyalar tətbiq etməyə başladı. Bununla yanaşı, Qərb dövlətləri Kiyevə indiki mərhələdə milyardlarla dollar dəyərində silah və hərbi texnika tədarük etməyə başlayıblar.

Putinin martın 16-da deyib ki, Qərbin Moskvaya qarşı sanksiya siyasətində bütün təcavüz əlamətləri var. O qeyd edib ki, Rusiyanı cilovlamaq siyasəti Qərb üçün uzunmüddətli strategiyadır./Bizimyol


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 912   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy

11 oktyabr
.

Gömrükdən 67 piton keçirənlər saxlanıldı

Türkiyənin Ədirnə vilayətindəki Kapıkule gömrük-keçid məntəqəsində ölkəyə qanunsuz gətirilməsinə cəhd edilən 67 canlı piton aşkarlanıb. yerli mediaya istinadla xəbər verir ki, şübhəli şəxslərə ümumilikdə 948 min 739 (32 735 manat) lirə inzibati cərimə tətbiq olunub. Bildirilib ki, vəhşi təbiətə təhlük

11 oktyabr
.

Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların

11 oktyabr
.

Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini təsdiqləmək niyyətindədirlər. "Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsind

11 oktyabr
.

Türk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını

11 oktyabr
.

Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb

ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"

11 oktyabr
.

Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar

ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində

11 oktyabr
.

ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər

11 oktyabr
.

Tramp seçkilərdən əvvəl İrana zərbələr endirmək qərarını dəyişə biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl İrana genişmiqyaslı zərbələr endirməmək planına yenidən baxa biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, İrana seçkilərdən əvvəl zərbələr endirilməsinə icazə verilməsi barədə qərarını dəyişə biləcəyi il

11 oktyabr