"Münhen görüşü yaxınlaşmağa və sülh sazişinin imzalanmasına öz töhfəsini verəcək" - Kamilə Əliyeva

"Münhen görüşü yaxınlaşmağa və sülh sazişinin imzalanmasına öz töhfəsini verəcək" - Kamilə Əliyeva"Münhendə Prezident cənab İlham Əliyevin Laçın və Zəngəzur dəhlizlərində hər iki dövlət tərəfindən nəzarət -buraxılış məntəqələrinin yaradılması haqqında təklifi vasitəçilər tərəfindən müsbət qarşılandı. Düşünürəm ki, Ermənistan rəhbərliyi də bu təklifi müsbət dəyərləndirərsə, sülhə yaxınlaşmağa böyük töhfə vermiş olar. İstənilən halda Münhen görüşləri yaxınlaşmağa və sülh sazişinin imzalanmasına öz töhfəsini verəcək".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a Münhen görüşü ilə bağlı danışarkən deyib.
"Münhen görüşü yaxınlaşmağa və sülh sazişinin imzalanmasına öz töhfəsini verəcək" - Kamilə ƏliyevaDeputat qeyd edib ki, bölgədə sülhün bərqərar olunması üçün bu görüş müsbət nəticə verə bilər.

"Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqaz dövlətləri liderlərinin panel müzakirələrdə bir araya gəlməsini tarixi bir hadisə kimi qiymətləndirmək olar. Bölgədə sülhün bərqərar olunması üçün bu görüş müsbət nəticə verə bilər. Lakin təəssüflə qeyd etmək lazımdır ki, Qərbdəki bəzi qüvvələr, xüsusən də Fransa prezidenti Makron bölgədə sülhün yaranmasına hər vasitə ilə maneələr törətməyə çalışır. Makron Münhendə çıxışı zamanı hər zaman Ermənistanın tərəfində olacağını bildirməklə Fransanın vasitəçilik missiyasının yerinə yetirilməsinin üzərindən xətt çəkmiş oldu" ,- deyə o bildirib.

Kamilə Əliyeva həmçinin qeyd edib ki, Azərbaycan dövləti Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasında vasitəçilik etmək istəyən və ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tanıyıb hörmətlə yanaşan istənilən beynəlxalq təşkilat və Fransa istisna olmaqla ölkələr ilə əməkdaşlıq etməyə hazırdır:

"Paneldə Paşinyan yazıq və sülhsevər obrazına girərək Qərbdəki öz ağalarının dediklərini dilə gətirərək böhtan və təxribat xarakterli çıxışı ilə yenə gündəmə gəldi. Paşinyan dünya ictimaiyyətinin diqqətini guya Laçın dəhlizində ermənilərin humanitar böhran yaşadığını və bu məsələdə Azərbaycan dövlətini ittiham etməyə çalışdı. Digər tərəfdən Qarabağda baş verənləri dini konteksə yönəltməyə cəhd göstərmək istədi.Paneldə moderatorun da təxribat xarakterli sualları diqqətdən qaçmadı. Belə ki, o, Laçın dəhlizində ermənilərin humanitar fəlakətlə qarşılaşmaları barədə təxribat xarakterli suallar verirdi və sanki Paşinyana nədən danışmaq lazım olduğunu başa salırdı. Prezident cənab İlham Əliyev isə qətiyyətli şəkildə Azərbaycan dövlətinin və xalqının mövqeyini və bölgədə sülhün yaranmasına hər zaman tərəfdar olduğunu bildirdi. Ölkə başçımız müharibə və postmüharibə dövründə regionda baş verən bütün hadisələri faktlarla hər kəsin diqqətinə çatdırdı. Laçın dəhlizində yolun bağlı olmamasını, Rusiya sülhməramlı qüvvələrinin, Qırmızı Xaç Komitəsinin avtomobillərinin sərbəst formada hərəkət etdiyini vurğuladı. Laçın dəhlizi bağlı olsaydı, separatçı Vardanyan Qarabağdan İrəvana, Moskvaya və yenidən Qarabağa gedən yolu "su yoluna" döndərə bilməzdi. Ölkə başçımız ABŞ dövlət katibi Blinkenin iştirakı ilə keçirilən üçtərəfli görüşdə, eləcə də panel iclasında bir daha Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə Azərbaycan dövlətinin zəmanət verdiyini, Azərbaycan dövlətinin Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərlə müzakirə aparmağa razı olduğunu vurğuladı. Azərbaycan başqa ölkədən göndərilən və Qarabağa aidiyyəti olmayan separatçı Vardanyanla hər hansı məsələ barədə müzakirə aparmaq fikrində deyil. Bu Azərbaycan dövlətinin qəti mövqeyidir. Azərbaycan dövləti, Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasında vasitəçilik etmək istəyən və ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tanıyıb hörmətlə yanaşan istənilən beynəlxalq təşkilat və ölkə ilə əməkdaşlıq etməyə hazırdır. Əlbəttə ki, Fransa istisna olmaqla".

"Paneldə Paşinyan və moderator qismində iştirak edən Avropa İttifaqının nümayəndəsinin Dağlıq Qarabağ ifadəsini işlətməsi haqlı olaraq ölkə başçımız tərəfindən sərt şəkildə tənqid olundu. Prezident cənab İlham Əliyev həm Vətən müharibəsi, həm də müharibə başa çatdıqdan sonra bütün çıxışlarında dünya ictimaiyyətinə çatdırırmışdır ki, Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi mövcud deyil. İndiyə qədər baş tutan görüşlərin yekun bəyannamılərində də Dağlıq Qarabağ kəlməsi yer almamışdır.
Münhendə Prezident cənab İlham Əliyevin Laçın və Zəngəzur dəhlizlərində hər iki dövlət tərəfindən nəzarət -buraxılış məntəqələrinin yaradılması haqqında təklifi vasitəçilər tərəfindən müsbət qarşılandı. Düşünürəm ki, Ermənistan rəhbərliyi də bu təklifi müsbət dəyərləndirərsə, sülhə yaxınlaşmağa böyük töhfə vermiş olar. İstənilən halda Münhen görüşü yaxınlaşmağa və sülh sazişinin imzalanmasına öz töhfəsini verəcək" ,- deyə deputat əlavə edib.

İstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Münhen görüşü yaxınlaşmağa və sülh sazişinin imzalanmasına öz töhfəsini verəcək" - Kamilə ƏliyevaŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1338   Tarix: 20 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr