Azərbaycanda bu partiyalar fəaliyyətini dayandıra bilər (SİYAHI)
Bir neçə siyasi partiyanın fəaliyyətini dayandıracağı barədə məlumat vermişdik. Həmin məlumatda bildirilirdi ki, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra ölkəd fəaliyyət göstərən xırda siyasi partiyalar üçün ciddi problem yaranıb. Yeni qanunda partiyaların qeydiyyatın üçün 5000 üzv tələb edilməsi həmin partiyaları çətinə salıb.
Hakimiyyət yeni qanuna uyğunlaşmaq üçün partiyalara 6 ay vaxt versə də, "cırtdan partiyalar" bu müddət ərzində də 5000 üzv toplama iqtidarında görünmür. Hakimiyyətin də bu məsələdə onlara dəstək vermək niyyətində olmadığı bildirilir. Baxmayaraq ki, həmin partiyalar iqtidara loyal münasibət bəsləyən "konstruktiv müxalifət" kateqoriyasına aiddirlər.
Qaynarinfo-ya bu istiqamətdə yeni məlumatlar daxil olub. Həmin məlumatlarda fəaliyyəti dayandırılacaq partiyalardan bəzilərinin adı açıqlanır.
İddia olunur ki, Sosial Rifah Partiyası, Böyük Azərbaycan Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azad Demokratlar Partiyası və Azadlıq Partiyası faəliyyətini dayandıracaq partiyalar sırasındadır.
Sosial Rifah Partiyası 1995-ci ildə qeydiyyata alınıb. İlk sədri Xanhüseyn Kazımlı olub. O, 2020-ci ilədək pariyaya rəhbərlik edib. Həmin ildə keçirilən qurultayda Əsli Kazımova partiyanın yeni sədri seçilib. Əsli Kazımova Xanhüseyn Kazımlının qızıdır. Sosial Rifah Partiyası 2020-ci ilə qədər parlament müxalifəti kimi qələmə verilsə də, hakimiyyətə yaxın siyasi təsisat kimi tanınır.
Böyük Azərbaycan Partiyası 2005-ci ildə qeydiyyata alınıb. Sədri Elşad Musayevdir. Müxalifət adına iddia edən partiyalardandır.
Milli Dirçəliş Hərəkatı Partiyası 2011-ci ildə qeydiyyata alınıb. Sədir keçmiş Fərəc Quliyevdir. Fərəc Quliyev dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.
Azad Demokratlar Partiyası 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Sədri Sülhəddin Əkbərdir. Sülhəddin Əkbər uzun müddət Müsavat Partiyasının rəhbərliyində təmsil olunub. O, AXC-Müsavat hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışıb. Hakimiyyətə müxalif mövqeyi ilə seçilir.
Azadlıq Partiyası 2005-ci ildə qeydiyyata alınıb. Sədri Əhməd Orucdur.
İddialara görə, bu partiyalardan bəzilərinə hakim Yeni Azərbaycan Partiyasına (YAP) biləşmək təklif olunub.
Bir daha qeyd edək ki, fəaliyyətini dayandıracaq partiyalar yalnız adını qeyd etdiyimiz təşkilatlardan ibarət deyil.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı