Diqqət! Bakıda bu mənzillərə "kupça" verilməyəcək - VİDEO
Türkiyədə güclü zəlzələ zamanı minlərlə binanın dağılmasına səbəb kimi tikintinin norma və qaydalara uyğun aparılmaması göstərilir. Hətta qardaş ölkədə ekspertlər də bu qənaətə gəliblər ki, tikinti aparılarkən kefiyyətə önəm verilməyib.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda da hər il yeni-yeni ünvanlarda yüzlərlə yaşayiş binaları tikilir. Amma rəsmi olaraq onların bəziləri istisimara qəbul edilmədən tikinti şirkətləri tərəfindən sakinlərin istifadəsinə verilir.
Bəs burada yaşayanlar binanın kefiyyətli materiallardan tikilməsinə necə əmin ola bilərlər?
İstənilən yaşayış binası istisimara verilərkən onun tikinti norma və qaydalara uyğun aparılması yoxlanır.
Fövəqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi binanın konsturuksiya layihəsinin olub-olmaması, kefiyyətli tikinti materiallarından istifadə edilib-edilməməsini yoxladıqdan sonra binanı istisimara qəbul edir. Amma bu gün istisimara verilmədən yeni tikilən binalarda yaşayanlar da var.
Tikinti eksperti Şirin Şərifov hesab edir ki, sakinlər binanın konsturuksiya layihəsini MTK-dan tələb edə bilərlər.
Ekspert deyir ki, bina tikintisi aparıldığı gündən Fövqəladə Hallar Nazirliyinin əməkdşları tərəfindən hər mərtəbəarası, konsturuksiya layihəsi ilə binanın bünövrəsi, sütunları, orada istifadə edilən armaturların ölçüləri dəqiqliklə yoxlanır. Əgər parametrlər, konsturuksiya layihəsindəkinə uyğun gəlmirsə, növbəti mərtəbənin tikilməsinə icazə verilmir.
Şirin Şərifovun sözlərinə görə, paytaxda tikilən bəzi binalarda konsturuksiya layihəsinin olmaması sakinlərdə haqlı olaraq narahatlıq yaradır. O hesab edir ki, gələcəkdə bu tip binalar istisimara qəbul edilmədiyindən mənzil sahiblərinə də çıxarış verilməyəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı