Zəlzələdə evsiz qalan ailələr üçün çadır şəhərciyi quruldu - Fotolar
"Palmali" Şirkətlər Qrupu Türkiyənin zəlzələ baş verən Hatay vilayətində dağıntılardan zərərçəkmiş əhaliyə yardımları davam etdirir. Bu məqsədlə Samandağ bölgəsində "Palmali" çadır şəhərciyi qurulub.
Şirkətin sözçüsü Fidan Quliyeva "Qafqazinfo"ya bildirib ki, evləri dağılan əhali bu çadırlarda məskunlaşıb: "İnsanlar əvvəlki zəlzələdə dağılmış evlərinin yanında dururdular. Dünənki zəlzələdən sonra qorxudan orada durmamağa başladılar. Yaxşı ki, dünən çadır şəhərciyini qurub təslim etdik. Zəlzələdən sonra əhali ora axın elədi. Hazırda çadır şəhərciyində 10 nəfər əməkdaşımız xidmət göstərir".
F. Quliyevanın sözlərinə görə, zəlzələ bölgəsində "Palmali" şirkəti tərəfindən həmçinin 6 minə yaxın insana xidmət edə bilən "Aş evi" fəaliyyət göstərib. Ötən gün baş verən zəlzələdə artıq həmin ev də dağılıb: "Hər gün səhər "Aş evi"ndə 2-2,5 min insan səhər yeməyi yeyirdi. Zəlzələdən sonra yeməkləri mühafizə etdiyimiz depomuz aşdı, yeməklər orada qaldı. Ona görə də bu gün səhər insanlara yemək verə bilməmişik. Bu gün İstanbuldan ora yenidən yemək göndərdik. Günorta yeməyinə qədər "Aş evi"ni hazırlayacağıq".
Qeyd edək ki, "Palmali Holding"in zəlzələdə zərərçəkənlər üçün fərdi olaraq başlatdığı yardım kampaniyasının dəyəri 25 milyon TL-ni ötüb.








Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı