Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarını ABŞ-nin Rusiya dizelinin tədarükü ilə bağlı siyasətindəki dəyişiklik fonunda şərh edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Kobaxidze bu barədə jurnalistlərin ABŞ tərəfindən Rusiya dizelinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı sualını cavablandırarkən danışıb.
Baş nazir qeyd edib ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmadığı dövrdə ölkəyə qarşı çoxsaylı tənqidlər səsləndirilib. O, hazırkı vəziyyətin Tbilisinin həmin vaxt qəbul etdiyi qərarın düzgün olduğunu göstərdiyini iddia edib.
"Bir daha aydın oldu ki, Rusiyaya qarşı sanksiyalara qoşulmadığımız zaman tamamilə rasional və praqmatik, düzgün və alternativsiz qərar vermişik", - hökumət başçısı vurğulayıb.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın dizel yanacağının dünya bazarlarına tədarükünü 2027-ci il aprelin 7-dək sanksiyalardan azad edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 110 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk
Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ
8 oktyabrNATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır
10 oktyabrBab əl-Məndəb boğazı Yəmən ordusunun nəzarətinə keçib
Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazını və Perim adasını tamamilə nəzarətə götürüb, "Cənub nəhəngləri" briqadaları isə Dhubab rayonunda husilərlə toqquşmalara girərək onlardan bir neçəsini əsir götürüb. "Report" xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "A
9 oktyabrABŞ Panamada baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edib
ABŞ-ın Kosta Rikadakı səfirliyinin məlumatına görə, Panamada 7,7 bal gücündə zəlzələ baş verib . xəbər verir ki, ABŞ-ın Sunami Xəbərdarlıq Sistemi Mərkəzi Amerikanın Sakit okean sahillərinin əksər hissəsində, eləcə də Kolumbiya, Kosta Rika, Ekvador, Peru, Nikaraqua, Qvatemala, El Salvador və Meksikad
10 oktyabrRus ordusu Annopolyeni işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
8 oktyabrVanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib
Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,
8 oktyabr