"Bəlkə də onları şeytan aldadıb" - Bacıların 1 milyonluq məhkəməsi - FOTO
Dələduzluqda ittiham olunan YAP Gənclər təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkut barəsindəki məhkəmə istintaqı davam edir.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə növbəti məhkəmə iclası keçirilib.
İclas başlamazdan əvvəl İ.Turkut jurnalistlərin zala buraxılmasına etiraz etsə də, A.Əliyevanın vəkili Ceyhun Yusifov bildirib ki, açıq məhkəmə iclasının obyektiv şəkildə işıqlandırılmasında bir problem görmür. Hakim jurnalistlərin iclasda oturmasına icazə verib.
İş üzrə istintaq 2021-ci ildə başlayıb və ötən il tamamlanıb. Artıq 8 aydır ki, məhkəmə prosesi davam edir. İttihama görə, bacılar aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib.
Onlar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim edib zərərçəkmişləri qızıl alverindən yaxşı gəlir götürəcəklərinə inandırıblar. İttihamda qeyd edilir ki, bacılar 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq ediblər. Amma özlərini təqsirli bilmədiklərini deyirlər.
Hazırkı mərhələdə şahidlər dindirilir. Bugünkü prosesdə Aytac və İlknur bacılarının xalası Gülnarə Dadaşova ifadə verib. Qadın bildirib ki, onların kimisə aldatması barədə məlumatı yoxdur:
"Mənim bacım uzun müddət AZTV-də çalışıb, ziyalı qadın olub. Ola bilər ki, o, vəfat edəndən sonra qızlar daha yaxşı yaşamaq üçün bu addımı atıblar. Bəlkə də onları şeytan aldadıb.
Amma konkret olaraq kimisə aldatmaları barədə məlumatım yoxdur. Mən, ümumiyyətlə, onların biznesi olduğunu bilməmişəm və məni borca görə kimsə narahat etməyib. Əksinə, bu qızlar mənə dəfələrlə dəstək olub".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1747 Tarix: 21 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, İ.Əliyevin qardaşı, uzun müddət müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışmış Fikrət Əliyev dünyasın
12 oktyabrBu ərazilərdə işıq olmayacaq
Təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
12 oktyabrMasazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto
Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl
12 oktyabrPensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili
11 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Bəs əhəmiyyəti nədir?
Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız şagirdlərin xarici görünüşü ilə bağlı deyil, həm də məktəb mühitində bərabərliyin qorunması, nizam-intizamın formalaşması və təhsil müəssisəsinə məxsusluq hissinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, vahid forma şagirdlər arasınd
11 oktyabrAzərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur. Bel
11 oktyabrRəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Türk dünyası gənclərinin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. "Report"un yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın Türkiyədək
11 oktyabr