Ərdoğan: "200 min yaşayış binasının tikintisinə başlayacağıq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalı Qaziantepin Nurdağı konteyner şəhərini ziyarət ediblər.
Dövlət başçısı səfərdən sonra açıqlamalar verib. O, mart ayında zəlzələdən zərər çəkənlər üçün binaların inşasına başlanılacağını bildirib.
"Növbəti bir ayda 18 min 544-ü Qaziantepdə olmaqla, 200 min yaşayış binasının tikintisi üçün işlərə başlayacağıq. 9130 kənd evi tikib, zərərçəkənlərə təhvil verəcəyik. Qaziantepin tarixi simasını və demoqrafik quruluşunu qoruyaraq şəhəri daha güclü şəkildə ayağa qaldıracağıq", - deyə Ərdoğan bəyan edib.
O, qeyd edib ki, hazırda Qaziantepdən 87 min vətəndaş başqa vilayətlərə təxliyə edilib. 100 minə yaxın şəxsə çadırlarda, 4500-ə yaxın insana isə konteynerlərdə sığınacaq verilib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1581 Tarix: 21 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını
11 oktyabr"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind
12 oktyabrKiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu
11 oktyabr