Qızını öldürən kürəkənini bağışladı: "Onu başa düşürəm"

Qızını öldürən kürəkənini bağışladı: "Onu başa düşürəm"Ötən ilin martında Xəzər rayonu Binə qəsəbəsi ərazisində arvadı 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanı qətlə yetirən Saməddin Həsənovun məhkəmə prosesi başa çatıb.

BiG.AZ "qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 36 yaşlı Saməddin Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə isə qısqanclıq zəminində qeydə alınıb. Cütlük arasında mübahisə yaşandıqdan sonra Ülviyyə polisə gedərək ərindən şikayət edib. O, Saməddin tərəfindən döyüldüyünü bildirərək sığınacağa yerləşdirilməsini istəyib.

Daha sonra Saməddin sığınacağa gedərək arvadından şikayəti geri çəkməsini, onunla boşanmasını istəyib. Bundan sonra ailəsi də Ülviyyəyə eyni tələblə müraciət edib, lakin qadın ailəsindən imtina etdiyini bildirərək heç kimlə razılaşmayıb.

Bir neçə saat sonra Saməddin yenidən sığınacağa gedib və hasardan tullanaraq içəri daxil olub. O, arvadını mətbəxdən həyətə çıxararaq yenidən danışmağa çalışıb.

Bu zaman Saməddin sığınacağın mətbəxindən bıçağı özüylə götürüb. Tərəflərin ortaq məxrəcə gələ bilməməsi sonda qətllə nəticələnib.

Saməddin arvadını bıçaqlayaraq öldürdükdən sonra özü polisə cinayət barədə məlumat verib.

Məhkəmə prosesində Ülviyyə Həsənovanın atası da ifadə verib. Maraqlıdır ki, o, kürəkənindən şikayətçi olmayıb.

"Saməddinin etdiyi hərəkətə bəraət qazandırmıram. Ancaq onun da hansı səbəbdən belə hərəkət etdiyini başa düşürəm və üç azyaşlı uşaqlarına görə Saməddinə qarşı heç bir şikayət və ya tələbim yoxdur", - qadının valideyni ifadəsində bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2922   Tarix: 22 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11 oktyabr
.

Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunu

11 oktyabr
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

11 oktyabr
.

Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - VİDEO

2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan mama-ginekoloq Mahirə İsmayılova deyi

11 oktyabr
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

12 oktyabr
.

Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın

11 oktyabr
.

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto

Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl

12 oktyabr
.

"İran təbliğat maşınının bu hərəkətləri, eyni zamanda dərin bir ikililik və samimiyyətsizlik nümunəsidir" - BƏHRUZ MƏHƏRRƏMOV

"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloj

12 oktyabr
.

Vahid məktəbli forması, milli kimlik və İranın ideoloji təsirləri: Azərbaycanın təhsil təhlükəsizliyinə analitik baxış

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən strateji sahə olmaqla yanaşı, milli kimliyin qorunması, ictimai şüurun formalaşdırılması və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən məktəb mühitində tətbiq olunan qaydalar, o cümlədən vahi

12 oktyabr