Niyyət etmişdik ki, övladımız Zəngilanda doğulsun – Turanın atası
İşğaldan azad olunmuş ərazilərimizdə 30 ildən sonra ilk körpə dünyaya gəlib. Zəngilan rayonunun Ağalı kəndində anadan olan körpəyə Turan adı verilib.
Körpənin atası Teymur Zeynalov sevinc təəssüratlarını Modern.az-la bölüşüb. Özünü xoşbəxt hiss edən ata övladının sağlıq durumunun yaxşı olduğunu söyləyib.
"Ata-baba yurdumuzda ilk övladı dünyaya gətirdiyimizə görə çox sevincliyik. Bundan əvvəl iki övladım vardı, həmişə arzulayırdım ki, bir övladım da öz doğum yurdumda dünyaya gəlsin, bu torpaqlarda daha bir uşağımız olsun. Şükürlər olsun ki, arzuma çatdım. Övladım sağlamdır, hər şey qaydasındadır. Xoşbəxtəm ki, övladlarım ata-baba torpaqlarımızda böyüyüb boya-başa çatacaq".
T.Zeynalov övladına Turan adının verilməsinə də aydınlıq gətirib:
"Niyyət etmişdik ki, oğlan olsa adını şəhidlərimizə, vətənimizə, türklüyümüzə ithaf olaraq Turan qoyaq. Elə də oldu. Allah bizə bu günü qismət elədi, biz də istəyimizi həyata keçirdik. Arzu edirəm ki, Vətənə, millətə xeyirli, qəhrəman övlad böyüdək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1132 Tarix: 23 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ailələrə uşaq sayına görə pul veriləcək?
Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini
11 oktyabrMəktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12 oktyabrPensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili
11 oktyabrMəktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
11 oktyabrUşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın
11 oktyabrAzərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA
Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma
11 oktyabr