Korotçenko: "Dövlət Duması Xocalı faciəsini rəsmən soyqırımı kimi tanımalıdır"
"Bu gün təkcə Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək deyil, həm də bu cinayəti rəsmən soyqırımı kimi tanımaq lazımdır. Mən Dövlət Duması tərəfindən müvafiq qətnamənin qəbul edilməsinin tərəfdarı olmuşam və bu gün də tərəfdarı olmağa davam edirəm. Bu, Rusiya məhkəməsinə imkan verəcək ki, Rusiya ərazisində olan bu dəhşətli cinayətin iştirakçılarının axtarışına, saxlanmasına və məhkəmə qarşısına çıxarılmasına başlasın".
"Report"un məlumatına görə, bunu hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə deyib.
Ekspert qeyd edib ki, əmr verən və icra edən erməni siyasətçiləri, hərbçiləri və rəhbərləri də cəzalandırılmalıdır. Onun sözlərinə görə, Xocalı faciəsi bəşəriyyət tarixinin sağalmayan yaralarından biridir və heç vaxt unudulmamalıdır.
"Bu, Yaxın Şərqdən SSRİ ərazisinə gəlmiş erməni silahlı dəstələri və terrorçuları tərəfindən törədilmiş Azərbaycan xalqının soyqırımıdır. Rusiyanın ekspert icması adından, bir milyon rusiyalı adından Azərbaycan xalqına başsağlığı vermək istəyirəm. Biz bu faciəni xatırlayır, sizinlə birlikdə yas tuturuq. Biz erməni cinayətkarlarının cəzalandırılmasını tələb edirik", - Korotçenko vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb