"Dini fəaliyyət sahəsində görməli olduğumuz işlər hələ çoxdur"-DEPUTAT
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bir müddətdir imam, imam müavini, dini ayinlərin icraçısı vəzifəsinə keçirdiyi müsahibələrdə iştirak edən namizədlərin böyük əksəriyyətinin uğur qazana bilməməsi dini fəaliyyət sahəsində görməli olduğumuz işlərin hələ çox olduğunu göstərir. Onu da nəzərə almalıyıq ki, din həm də təhlükəsizlik məsələsidir. Bu gün İranın sosial şəbəkələr vasitəsilə Azərbaycana yönəlmiş dini təbliğatı sürətlə davam edir. Bu baxımdan dini fəaliyyət sahəsində islahatların daha da sürətlənməsinə, dini təhlükəsizliyimizin daha da möhkəmləndirilməsinə ciddi ehtiyac var. Bu gün reallıq ondan ibarətdir ki, paralel dünyalarda yaşayırıq. Ayrı-ayrı dini qruplar Azərbaycanda dini duruma təsirlərini gücləndirmək, ətraflarına daha çox dindar kütləni toplamaq üçün ciddi səylə çalışır və yarışırlar. Hər gün bu məqsədlə sosial şəbəkələrdə, xüsusilə TikTokda və Youtube-da yüzlərlə videolar yayılır. Əgər bu təbliğatın əsas məqsədi həqiqi dini dəyərlərin təbliğatı olsaydı burada heç bir problem olmazdı. Ancaq burada söhbət ayrı-ayrı ölkələrin dövlət-din münasibətləri modelinin ölkəmizə ixrac olunmasından gedir. Bu da özü-özlüyündə çox ciddi siqnalıdır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, hazırda ölkəmizdə bu sahədə mövcud problemlərin həlli məqsədilə iki istiqamətdə iş aparılır.
"Biri inzibatidir ki, bu metod da hər zaman uğurlu olmur. İnzibati metodlarla yanaşı ciddi ideoloji işin aparılmasına ehtiyac var. Biz çalışdığımız kimi qarşı tərəf də çalışır. Onu da qeyd etmək lazımdır ki, Sovet hökuməti nə qədər çalışsa da dini insanların həyatından tam çıxara bilmədi. Bu gün ölkədə siyasi-ictimai durumun təhlili göstərir ki, insanların dinə münasibəti çox həssasdır. Bu həssaslıqdan kənar qüvvələrin istifadə etməməsi üçün çox çalışmalıyıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1632 Tarix: 28 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah isti olacaq
Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il
10 oktyabrUşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın
11 oktyabrRəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Türk dünyası gənclərinin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. "Report"un yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın Türkiyədək
11 oktyabrMəktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
11 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Bəs əhəmiyyəti nədir?
Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız şagirdlərin xarici görünüşü ilə bağlı deyil, həm də məktəb mühitində bərabərliyin qorunması, nizam-intizamın formalaşması və təhsil müəssisəsinə məxsusluq hissinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, vahid forma şagirdlər arasınd
11 oktyabrTelefonların enerjisi gecə niyə azalır?
Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki
10 oktyabr