Rəşad Dağlı ilə bağlı hansı qərar veriləcək?

Rəşad Dağlı ilə bağlı hansı qərar veriləcək?Ötən il noyabrın 9-da qətl törətdiyi üçün həbs edilən meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbirinin başa çatmasına bir neçə gün qalıb.

Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, yaxın günlərdə onun barəsindəki istintaqın tamamlanacağı və işin məhkəmə baxışına veriləcəyi gözlənilir.

Məsələ ilə bağlı meyxanaçının vəkili Bəhruz Xıdırovla əlaqə saxlanılsa da, heç bir açıqlama vermək istəmədiyini bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətdindən qeyd olunub ki, hazırda ibtidai istintaq davam etdirilir və digər xüsusatlar üzrə əlavə məlumat veriləcək.

Qaradağ Rayon Məhkəməsindən isə Rəşad Dağlının həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə hər hansı təqdimatın daxil olmadığı deyilib.

Xatırladaq ki, Rəşad Dağlının qətl törətməsi cəmiyyətdə böyük rezonans doğurmuşdu. Tanınmış meyxanaçı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün öz maşını ilə onu evdən götürüb Lökbatan dairəsi yaxınlığına aparmışdı. Maşınında onu 14 bıçaq zərbəsi ilə qətlə yetirdikdən sonra aşağı atmış və polis bölməsinə gedərək təslim olmuşdu.

Qeyd edək ki, hadisə baş verən zaman İsgəndər Mehtiyev 2 həftədir ki, həbsdən çıxıbmış. O narkotik ticarətinə görə, əvvəllər dəfələrlə həbs həyatı yaşayıb. 43 yaşlı Mehtiyev digər məşhur meyxanaçı Ələkbər Yasamallının qohumudur.

Rəşad Dağlının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti martın 9-da başa çatır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2994   Tarix: 28 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boğazında yemək qalan 1 yaşlı körpə öldü

Abşeron rayonunda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə aprelin 28-i saat 21 radələrində Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2025-ci il təvəllüdlü Müslüm Kamaləddin oğlu Müslümlü yaşadığı evdə boğazında yemək qaldığı üçün boğulara

30 aprel
.

AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının Mühafizəsi Xidmətində daha bir vəzifəli şəxs işdən azad edilib. Qaynarinfo-nun məlumatına görə, qurumun Nəzarət şöbəsinin rəisi Mehman Hüseynov İsrafil oğlu da işdən çıxarılıb. O, sözügedən xidmətdə əsas fiqurlardan biri kim

29 aprel
.

Mayda hava necə keçəcək?

May ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a bildirilib ki, may ayında havanın temperaturu tədricən yüksəlir. Son illərin müşahidələrinə əsasən, may ayında hava şəraiti ötən illərlə müqayisədə daha dəyişkən keçir. İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkild

29 aprel
.

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən var - ADLAR

Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib. -ın -a istinadən məlumatına görə, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb. O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Hadisə yerinə hüquq-mühafiz

30 aprel
.

Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - Rəsmi

Aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin "Milli Onkologiya Mərkəzi"nin partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda ola

30 aprel
.

Kürdə suyun səviyyəsi artdı, Sabirabadda körpü sıradan çıxdı (FOTO)

Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub. APA-nın məlumatına görə, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır. Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb. Kəndlə

29 aprel
.

Bakı məktəbində ilan peyda oldu - Valideynlər QORXU İÇİNDƏ

Bakının Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 328 nömrəli tam orta məktəbdə təhlükəli vəziyyət yaranıb. Bu barədə övladı həmin məktəbdə təhsil alan valideyn -in "qaynar xətti"nə şikayətlə müraciət edib. Valideynlərin sözlərinə görə, məktəbdə artıq üçüncü dəfə ilan aşkarlanıb. "Sonunc

30 aprel
.

Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər

Bu gün Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Mötəbər Beynəlxalq idman yarışların

30 aprel
.

Azərbaycanda analarının soyadını götürən uşaqların sayı açıqlandı

2025-ci il ərzində valideynlərinin soyadları fərqli olduğu halda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ananın soyadı ilə qeydə alınan uşaqların sayı 185 nəfər təşkil edib. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2026-cı ili

29 aprel