Azərbaycanda müəllim yazdığı statusa görə 1500 manat cərimələndi
Gəncə Şəhər Məhkəməsində Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Azər Xəlilovun kafedranın baş müəllimi, 1969-cu il təvəllüdlü Təvəkkül Sadıqov barəsindəki xüsusi ittiham qaydasında şikayətinə baxılıb.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, universitetin "Yerin quruluşu" kafedrasının müdiri müəllimin sosial şəbəkələrdə paylaşımlar edərək onu təhqir etdiyini, ünvanına böhtanlar səsləndirdiyini iddia edib. Aqrar elmləri üzrə fəlsəfə doktoru olan Azər Xəlilov T.Sadıqovun Cinayət Məcəlləsinin tələbinə uyğun şəkildə cəzalandırılmasını tələb edib.
Məhkəmədə baş müəllimin kafedra müdiri haqqında yazdığı statuslar və şərhlər elan edilib. Məlum olub ki, T.Sadıqov kafedra müdirinin siyasi mənsubiyyəti, fəaliyyəti ilə bağlı müxtəlif fikirlər yazıb, onun "5-ci kolon"a xidmət etdiyini iddia edib.
T.Sadıqov ifadəsində kafedra müdiri barəsində yazdıqları fikirləri etiraf edib və onu təhqir etmək fikrində olmadığını deyib. O, kafedra müdirinin dərs saatlarını düzgün bölüşdürmədiyini və ona qarşı qərəzli münasibət bəslədiyini deyib.
Gəncə Şəhər Məhkəməsində hakim Orxan Cəfərlinin sədrliyi ilə keçirilən prosesin yekununda T.Sadıqov Cinayət Məcəlləsinin 148-ci maddəsi (Təhqir) ilə təqsirli bilinərək ona 1500 manat cərimə kəsilib. Baş müəllimə 147.2-ci (Böhtan) maddəsi üzrə isə bəraət verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3420 Tarix: 28 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah isti olacaq
Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il
10 oktyabrUşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın
11 oktyabrRəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Türk dünyası gənclərinin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. "Report"un yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın Türkiyədək
11 oktyabrMəktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
11 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Bəs əhəmiyyəti nədir?
Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız şagirdlərin xarici görünüşü ilə bağlı deyil, həm də məktəb mühitində bərabərliyin qorunması, nizam-intizamın formalaşması və təhsil müəssisəsinə məxsusluq hissinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, vahid forma şagirdlər arasınd
11 oktyabrTelefonların enerjisi gecə niyə azalır?
Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki
10 oktyabr