BƏƏ-də 4,5 milyon narkotik həb ələ keçirilib
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qalay qutularda gizlədilən 4,5 milyon narkotik həb ələ keçirilib.
Sonxeber.az xəbər verir ki, BƏƏ-nin rəsmi agentliyi WAM-ın xəbərinə görə Əbu-Dabi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin direktoru Tahir Qərib əz-Zahiri BƏƏ-yə külli miqdarda narkotikin gətiriləcəyinə dair kəşfiyyat məlumatı üzərinə əməliyyata başladığını bildirib.
Zahiri bildirib ki, təqib edilən şübhəli şəxs özünün idxal etdiyi çoxlu sayda yaşıl lobya qutularını limandan götürərək anbara aparıb.
Polisin anbara basqın etdiyini qeyd edən Zahiri əməliyyat çərçivəsində 4,5 milyon narkotik həb və narkotik istehsalında istifadə edilən materialın ələ keçirildiyini bildirib.
Zahiri qeyd edib ki, həbs edilən şübhəlinin qaçaqmalçılıq planı təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatı ilə darmadağın edilib.
Fevralın əvvəlində BƏƏ-də təxminən 620 min narkotik həb ələ keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 785 Tarix: 28 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
11 oktyabrFinlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard
11 oktyabrBritaniya Parlamentində keçmiş baş nazir Kir Starmerin yerini kim tutacaq?
Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer
11 oktyabr