İlham Əliyev Kubanın vitse-prezidentini qəbul etdi - YENİLƏNİB + FOTO

İlham Əliyev Kubanın vitse-prezidentini qəbul etdi - YENİLƏNİB + FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən zirvə görüşündə Kuba Prezidentinin iştirakını məmnunluqla xatırladı, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinə göstərdiyi dəstəyə görə Kuba tərəfinə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini bundan sonra da davam etdirəcəyini və ölkəmizin bu Hərəkatın beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışdığını vurğuladı və dedi ki, dünyada postkovid dövrü ilə bağlı geniş müzakirələrə ehtiyac var.

Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bu il başa çatacaq və Azərbaycan 4 il ərzində sədr ölkə olaraq yaxşı irs qoyub. Dövlətimizin başçısı bu xüsusda təşkilatın təsisatlanması, onun parlament və gənclər şəbəkəsinin yaradılması və digər təşəbbüslərimizi qeyd etdi.

Əməkdaşlığımızın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirən Prezident İlham Əliyev bunun səhiyyə sahəsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı, həmçinin turizm, təhsil, kənd təsərrüfatı, mədəniyyət, əczaçılıq kimi sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların olduğunu dedi.

Ölkələrimizin ənənəvi dostluq münasibətlərini, beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında sıx əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı pandemiya dövründə kubalı həkim və tibb işçilərinin Azərbaycanda fəaliyyətinin yüksək qiymətləndirildiyini dedi, bu amilin ikitərəfli əlaqələrimizin inkişafına əsaslı töhfə verdiyini vurğuladı.

Kubanın vitse-prezidentinin səfərinin münasibətlərimizin genişdirilməsinə əlavə təkan verəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycana səfərin onda xoş təəssüratla yadda qalacağına əminliyini ifadə etdi.

Qoşulmama Hərəkatının Covid 19-a qarşı mübarizə üzrə Təmas Qrupunun zirvə görüşündə iştiraka dəvətə və qəbula görə minnətdarlığını bildirən Salvador Antonio Valdes Mesa ilk növbədə Kuba Prezidenti Migel Dias-Kanel Bermudesin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kuba Prezidentinə çatdırmağı xahiş etdi və onunla görüşünü məmnunluqla xatırladığını bildirdi.

Qonaq ənənəvi dostluq münasibətlərimizin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Fidel Kastronun mühüm rol oynadıqlarını qeyd etdi. O, bu il Ulu Öndərin anadan olmasının 100 illiyinin qeyd edildiyini xüsusi vurğuladı.

Salvador Antonio Valdes Mesa ölkələrimiz arasında münasibətlərin daha da inkişafında Kuba tərəfinin də ciddi siyasi iradəsinin olduğunu dedi.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin Covid 19-a qarşı mübarizə kimi çətin bir dövrə təsadüf etdiyini, lakin ölkəmizin təşkilata çox fəal və uğurlu sədrliyini davam etdirdiyini deyən qonaq Qoşulmama Hərəkatının inkişafı üçün ölkəmizin böyük işlər gördüyünü, təşkilata üzv dövlətlərə dəstəyini əsirgəmədiyini xüsusi vurğuladı və buna görə təşəkkürünü bildirdi.

Kubanın vitse-prezidenti dedi ki, beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz arasında sıx əlaqələr mövcuddur və Kubanın G77-nin sədri qismində əməkdaşlığımızı dərinləşdirmək və bu iki təsisat arasında münasibətlərin inkişafında maraqlı olduğunu, Cənub-Cənub əməkdaşlığının dərinləşməsi üçün çalışdığını qeyd etdi.

Qonaq ölkəsinin illər ərzində blokadaya məruz qaldığını, amma Kuba xalqının mübarizə və azadlıq əzminin tükənmədiyini vurğuladı, BMT Baş Assambleyasında Kuba ilə əlaqədar təqdim olunan qətnamələrə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı Azərbaycan və Kuba xalqlarının azadlıq uğrunda mübarizlik əzmlərinin oxşar cəhətlərdən olduğunu qeyd etdi, xalqımızın işğal və təcavüzlə heç zaman barışmadığını, öz torpaqlarımızı 30 ilə yaxın davam edən işğaldan azad etdiyimizi diqqətə çatdırdı.

Prezident İlham Əliyev dedi ki, Kuba xalqı dünyaya sübut etdi ki, azadlıq uğrunda mübarizədə bütün məhrumiyyətlərə dözüb və bizim Qələbəmizdə də Kuba xalqında olduğu kimi, mübarizlik hissi mühüm rol oynayıb. Bu oxşarlıq isə xalqlarımızı bir birinə daha da bağlayır.

17:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.
İlham Əliyev Kubanın vitse-prezidentini qəbul etdi - YENİLƏNİB + FOTOİlham Əliyev Kubanın vitse-prezidentini qəbul etdi - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 728   Tarix: 28 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır. xəbər verir ki, bu barədə Hərbi Prokurorluğundan məlumat verilib. Qeyd edək ki, mayın 11-d

12 may
.

Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir

May ayının 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib. Avropa İttifaqına daxil olan, eləcə də Kanadanın dövlət və hökumət başçılarının iştirak etdiyi bu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatınd

5 may
.

Meloninin Azərbaycana səfərindən - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

5 may
.

Meloninin Azərbaycana səfəri başa çatdı

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana işgüzar səfəri mayın 4-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliyanın Nazirlər Şurasını

4 may
.

"Bugünkü reallıq ondan ibarətdir ki, türk dövlətləri artıq qlobal proseslərin müşahidəçisi deyil, iştirakçısı olmaq istəyir" - AÇIQLAMA

Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə deyib. Dövlət başçısı bildirib ki, keçə

15 may
.

Prezident və birinci xanım Cəbrayıla səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmı

9 may
.

Prezidentin adından Meloninin şərəfinə şam yeməyi verildi - Fotolar

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin şərəfinə işçi şam yeməyi verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

4 may
.

"Azərbaycan ilə İtaliya arasında münasibətlər nümunəvi tərəfdaşlıq modeli kimi diqqət çəkir" - DEPUTAT

"Beynəlxalq münasibətlər sistemində regional və qlobal əməkdaşlıqların güclənməsi dövlətlərin strateji seçimlərindən birbaşa asılıdır" , - bunu -a açıqlama verən deputat Şahiun Seyidzadə deyib:. "Bu kontekstdə Azərbaycan ilə İtaliya arasında münasibətlər nümunəvi tərəfdaşlıq modeli kim

6 may
.

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13

12 may