Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə martın 1-2-də Bakıda işgüzar səfərdə olacaq.
Özbəkistan liderinin mətbuat xidmətinin məlumatına görə, Bakı proqramı Ş.Mirziyoyevin Qoşulmama Hərəkatının sammitinin plenar iclasında iştirakını nəzərdə tutur.
Azərbaycan tərəfinin sədrliyi ilə keçiriləcək tədbirin gündəliyinə pandemiyanın nəticələrinin davamlı təsiri, eləcə də beynəlxalq aləm üçün artan çağırış və təhdidlər şəraitində çoxtərəfli dialoqun inkişafı və praktiki əməkdaşlığın genişləndirilməsinin aktual məsələləri daxildir.
Bundan əlavə, Özbəkistan lideri ilə Azərbaycan Prezidenti arasında əvvəllər əldə edilmiş razılaşmaların praktiki icrasının müzakirəsi üçün ikitərəfli görüşün keçirilməsi planlaşdırılır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1038 Tarix: 28 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr