Təcili tibbi yardım maşınına yol vermədilər - Cərimə ediləcəklər! - Polisdən açıqlama - VİDEO
Paytaxtın Nobel prospektində, "Nargilə dairəsi" adlanan ərazidə sıxlıq zamanı maşınlar təcili tibbi yardım avtomobilinə yol verməyiblər.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Görüntülərdən aydın olur ki, yolda üzü şəhər istiqamətinə uzun tıxac müşahidə edilir. Sıxlıqda serenalarını işə salan tibbi yardım avtomobilinə isə yoldakı digər nəqliyyat vasitələri heç bir məhəl qoymurlar.
Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxladıq.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə açıqlamasında bildirdi ki, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin (İXM) 331-ci maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilirlər, bu qayda pozuntusuna görə 100 manat cərimə tətbiq olunur:
Həmin qayda pozuntusu üç cərimə balı ilə qiymətləndirilir. Belə ki, "Yol hərəkəti haqqında" qanuna görə, operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, ali vəzifəli şəxslərin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir".
A.Əsgərlinin sözlərinə görə, qanunun tələbinə uyğun olaraq operativ nəqliyyat vasitələrinin üstünlükləri "Yol Hərəkəti Haqqında Qanunun" 48-ci maddəsində öz əksini tapıb:
"Operativ nəqliyyat vasitəsinə yol açmaq üçün bütün imkanları dəyərləndirmək lazımdır. Əgər yolda hətta 6 km/saat sürətlə hərəkət varsa, orada yolun sağına çıxmaq imkanı var. Hərəkətin tamamilə dayandığı tıxaclarda mövcud vəziyyət başadüşüləndir.
Sadalanan hallarda operativ nəqliyyat vasitələrinə yol verməyən nəqliyyat vasitələri qanunun tələbləri çərçivəsində məsuliyyətə cəlb ediləcəklər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1254 Tarix: 02 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021