Zahid Oruc: "Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır"

Zahid Oruc: "Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır""Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır".

Sonxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin "Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış" mövzusunda ictimai dinləməsində çıxış edərkən deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı 2023-cü ilin Ulu Öndərin anadan olmasının 100 illik yubileyi ilə üst-üstə düşməsi əsla rəmzi məna daşımır:

"Çünki hər iki fenomeni gerçək tarixi, mənəvi, siyasi tellər bir-birilə bağlayır. Heydər Əliyevin bütün tərcümeyi-halı, keçdiyi yol, Sovetlər Birliyinin siyasi olimpinə yüksəlişi və enişi, müstəqil Azərbaycana qayıdışı və ikinci dəfə hakimiyyətə gəlməsi nəinki qərbi, bütövlükdə azərbaycanlıların son bir əsrlik taleyini özündə əks etdirir. Ona görə də Qələbəmizin 3-cü ilində verilən qərarlar Ulu öndərin baxışlarını özündə əks etdirməklə gələcək nəsilləri də əhatə etməlidir.

Qərbi Azərbaycana qayıdış təkcə bir bölgə əhalisinə aid deyil-belə demək mümkündürsə, "icma" ifadəsi şərti xarakter daşıyır, onu daxili siyasi mübarizə təşkilatı, iqtisadi mənfəət qrupu, mandat, vəzifə və imtiyaz uğrunda çarpışan qüvvəyə çevirmək nəzərdə tutulmur, son bir əsrdə və xüsusilə müstəqillikdən sonra Qarabağ ümummili səfərbərlik idealı olduğu kimi, tarixi torpaqlara dinc, sülhpərvər və qanuni qayıdış da xalqımızı bütövləşdirmək, vahidliyini qorumağa xidmət edir".

Komitə sədri qeyd edib ki, dünyanın yenidən bölüşdürüldüyü indiki şəraitdə Azərbaycan Prezidenti komandası ilə yanaşı, xalqımızı da yeni hədəflərə hazırlayır: "Biz ölkə başçısının verdiyi mesajları düzgün dəyərləndirməliyik,söhbət hərbi hücum planlarından, Qələbədən sonra ambisiyalarını ermənilərin mifik iddialarına bir tutmaqdan, düşmənin xəstəliyinə yoluxmaqdan getmir. Qlobal təhlükəsizlik sisteminin indiki durumunda elita, ordu və millətimiz müharibədə olduğu kimi bir ideya ətrafında - Qələbəmizi qorumaq və onu irəliyə aparmaq üçün səfərbər olunublar.

Prezident İlham Əliyevin Qərbi Azərbaycan icması ilə görüşündən sonra ictimai fikirdə köklü dəyişikliklər baş verir. Prezidentin özəl günündə İkinci Qayıdış kursunun irəli sürülməsi Ermənistanda həyacana, narahatlığa, əsəbi reaksiyalara səbəb olub. Təsadüfi deyil ki, elə həmin gün nota verərək beynəlxalq təşkilatlara müraciət ediblər.
Lakin İlham Əliyevin tarixi missiyası-dövlətçiliyimizi həm coğrafi, həm də mənəvi yaddaş məkanında birləşdirməkdir. Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər. Prezidentin itirilmiş torpaqlara yeni məqsədlər və milli hədəflər kimi yanaşması, İrəvanla bağlı tarixi gerçəkləri və işğal coğrafiyamızın ümumi mənzərəsini yenidən canlandırması-1805-ci il-Kürəkçay, 1813-cü il-Gülüstan, 1828-ci il-Türkmənçay və 1920-ci il-İrəvan və Zəngəzur, 1990-93 cü illərdə Qarabağ torpaqlarının itirilməsi silsiləsinə son qoyması ilə yeni tarixin yazılması-bu proseslərin başlanğıcıdır. Tarixi ədalətsizlik dedikdə-200 ildən artıq Qərbi azərbaycanlıların müxtəlif siyasi quruluşlarda-şarizm, sovetlər və ermənilərin etnik təmizləmə və sıyqırımları nəticəsində yaşadığı fəlakətllər ön sırada durur. Nəticədə, həyatını itirən yüz minlərlə insanla yanaşı, qərbi azərbaycanlıların ziyalı, intellektual, mədəni, siyasi, hərbi elitası sayılan on minlərlə görkəmli simaları da məhv edilib. Nəhayət, 1988-ci ildə Qərbi Azərbaycan torpaqlarından əhalinin tamamilə deportasiyası ilə ermənilər bir coğrafiyada tam etnik təmizləməni başa vuraraq Azərbaycan ərazilərinə keçiblər. Türkiyəyə, İrana, Rusiyaya və Avropa ölkələrinə səpələnən azərbaycanlıların köçkünlük coğrafiyası çox genişdir. Müstəqillik tarixini yaradan Ulu öndər dövlət səviyyəsində tarixi yaddaşı önə çəkərək, 1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi ata-baba torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalayıb, hadisələrə deportasiya və soyqırım cinayəti kimi qiymət verib, müvafiq dövlət komissiyası yaradıb. Ulu öndər özü şəxsən Komissiyaya rəhbərlik edib. Tarixin saxtalaşdırılması ilə savaş aparan İlham Əliyev son 20 ildə İrəvanın verilməsi ilə heç vaxt barışmayıb.

Ona görə də Qələbəmiz son 30 illə yanaşı, bütün tarixi dövrlərdə köç edən insanların öz əcdadlarına, köklərinə, milli-dini varlığına, maddi və mədəni irsinə dönüş şansı yaradıb. Əminliklə söyləmək olar ki, 8 noyabrda azad edilən torpaqlar bütün dövrlərin köçkünlüyünə son qoyacaq, tarixi yurdlara qayıdış yollarını da açacaqdır. Xüsusi vurğulayaq ki, 1988-ci ildən sonra dövlətimizin elan etdiyi siyasi kursun əsas hədəfləri ilk dəfədir ki, Azərbaycanın rəsmi ərazisi ilə məhdudlaşmır, sərhədlərimizi aşır. Lakin Prezident Qərbi Azərbaycana Qayıdış vəzifəsini bu dəfə ordu qarşısında deyil, silahsız alim və ziyalıların, çoxminli məktəb və universitetlərin, mədəniyyət və dini məfkurəni hazırlayan qurumların, bir sözlə bütövlükdə xalqımızın qarşısında irəli sürür.

Ona görə də hazırki müzakirə Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında seçilən gündəliyə uyğun müəyyənləşib. Almaniyanın birləşməsindən sonra mühüm platformaya çevrilən Münxen zirvəsinin sörlövhəsi:"Dağları aşarkən-Cənubi Qafqazda təhlükəsizlik" adlanırdı. Əlbəttə, biz Avropa ordularının Qafqaz dağlarını nə üçün aşdıqlarını yaxşı bilirik-lakin indi azərbaycanlıları Göyçə və Zəngəzur aşırımından üzü İrəvana dinc qayıdışa səsləyən ölkə rəhbəri təkcə Avropa auditoriyasına deyil, eləcə də region dövlətlərinə deyir ki, O, bütün tarixi dövrlərdə mübarizəsi yarımçıq qalmış əcdadların ideallarının təmsilçisidir. Ona görə də Qərbi Azərbaycan icmasının yaradılması, onun təsis edilməsində Birinci şəxsin bilavasaitə iştirakı xüsusi məna daşıyır. Beləliklə, Qərbi Azərbaycan icması gələcəkdə genişlənərək yalnız bir coğrafiyanı deyil, bütövlükdə ölkəmizin etnik-milli zənginliyini özündə əks etdirəcək".

Z.Oruc bildirib ki, Göyçə Qərbi Azərbaycanın Şuşasıdır: "Gəlin unutmayaq ki, Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır. Lakin tank və toplarla deyil, sülh müharibəsi ilə".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 916   Tarix: 03 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb. "Report" xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti

10 oktyabr
.

Sabah isti olacaq

Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il

10 oktyabr
.

Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?

Bakı ilə Tbilisi arasında dəmir yolu ilə səfərlərə maraq artır. Marşrut üzrə qatarların tam dolu hərəkət etməsi və biletlərə yüksək tələbat sərnişindaşımaların genişləndirilməsi zərurətini yaradıb. Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən etibarən bu istiqamətdə reyslərin sayını artıraraq sərnişinlə

10 oktyabr
.

Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama

"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin

10 oktyabr
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

11 oktyabr
.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11 oktyabr
.

Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir

Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə

11 oktyabr
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

10 oktyabr
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

11 oktyabr