Bu gün Elçin Həmidovun anım günüdür - FOTO
Bu gün Əməkdar artist Elçin Həmidovun vəfatından 12 il ötür.
Sonxeber.az xəbər verir ki, Həmidov Elçin Qəzənfər oğlu 1958-ci ilin iyunun 29-da Bakıda anadan olub. Uşaq yaşlarından əvvəl atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürüb. Əmisinin evində də ağır günlər yaşayan Elçinin əvvəl bacısı, sonra isə qardaşları dünyasını dəyişib.
Elçin Həmidov 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti kimi çalışıb. 1977-1981-ci illərdə İncəsənət İnstitutunun "Dram-kino aktyoru" fakültəsində Ali təhsil alıb.
1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalisti olub. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaradıb.
Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Olmadı elə, oldu belə"də Gülüstan, Vasif Adıgözəlov, Əliağa Kürçaylı "Boşanaq, evlənərik"də İkram, H. Qurbanov, Cahangir Aslanoğlu "Qarğa məndə qoz var"da Zərzibonskaya, Soltan Hacıbəyov "Qızıl gül"də Azay, Səid Rüstəmov, Məmməd Səid Ordubadi "Beş manatlıq gəlin"də Nadir, Üzeyir Hacıbəyov "O olmasın, bu olsun"da Rza bəy, Rauf Hacıyev "Talelər qovuşanda"da Totuş, Üzeyir Hacıbəyli "Ər və arvad"da Kəblə Qubad rolları ilə tamaşaçıların ürəyini fəth edib.
Elçin Həmidov bariton və soprano səsə malik olub. Tanınmış sənətçiləri parodiya etməyi isə başqa bir aləm idi. Onda qadın və kişi rolları çox koloritli alınırdı. Bu mənada Elçin bənzərsiz aktyor idi.
Onun parodiyalarını uşaqdan böyüyə hər kəs çox sevərək izləyirdi. İstedadlı aktyor, həmçinin "Planet Parni iz Baku" KVN teatrının əsas simalarından biri idi.
Elçin bu teatrda gözəl obrazlar yaradıb. O cümlədən "Məhəllə 1" və "Məhəllə 2" filmlərində canlandırdığı "Məzi" obrazı gülməli olmaqla bərabər, həm də düşündürücüdür. Bundan başqa Elçin Həmidov televiziya verilişlərində də aparıcılıq edib. Onun "Tez bazar", eləcə də mətbəx verilişləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Onun son obrazı Nikolay Vasilyeviç Qoqolun "Evlənmə" komediyasında Yaiçnitsadır.
2011-ci il martın məhz bu günü aktyor 52 yaşında qəfildən dünyasını dəyişib. Elçin Həmidov Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 972 Tarix: 04 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbli forması sadəcə geyim deyil: Bəs əhəmiyyəti nədir?
Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız şagirdlərin xarici görünüşü ilə bağlı deyil, həm də məktəb mühitində bərabərliyin qorunması, nizam-intizamın formalaşması və təhsil müəssisəsinə məxsusluq hissinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, vahid forma şagirdlər arasınd
11 oktyabrRəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Türk dünyası gənclərinin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. "Report"un yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın Türkiyədək
11 oktyabrAvtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR
Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri
11 oktyabrVahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri
Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın
11 oktyabr1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı
11 oktyabrPensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili
11 oktyabr65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA
"Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib. Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmə
11 oktyabr