Monteneqronun nümayəndə heyəti Milli Məclisdə olub
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Milli Məclisin sədr müavini iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq və dostluq münasibətləri əsasında əlaqələrin daim genişlənməkdə olduğunu vurğulayıb.
Görüşdə vitse-spiker qonaqlara Azərbaycan parlamenti, ölkədə bütün sahələrdə, xüsusilə sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin sosial təminatının yaxşılaşdırılması, şəhid ailələrinin və qazilərin sosial müdafiəsi istiqamətində görülən davamlı tədbirlər barədə məlumat verib.
Adil Əliyev diqqətə çatdırıb ki, 2023-cü ilin dövlət büdcəsi Azərbaycan tarixinin ən böyük büdcəsidir və büdcədə əhalinin rifahının yaxşılaşdırılması və işğaldan azad edilmiş ərazilərimizin bərpası prioritet olaraq müəyyən edilib.
Görüş zamanı Milli Məclis sədrinin müavini qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılması ilə bağlı üzərinə düşən bütün addımları atsa da, Ermənistan sülh və sabitliyin təmin olunmasına mane olur. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini qeyd edən Adil Əliyev bildirib ki, beynəlxalq ictimaiyyətin Ermənistana təsir etməsi və sülh sazişinin imzalanması ilə ədalət öz yerini tutacaq.
Azərbaycan-Monteneqro arasında diplomatik əlaqələrin qurulmasının 15 ilinin tamam olduğunu qeyd edən Milli Məclisin sədr müavini iki ölkə arasında münasibətlərin bundan sonra da həm ikitərəfli formatda, həm də beynəlxalq müstəvidə uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviç
Monteneqro və Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında parlament əlaqələrinin də yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri əlaqələrin daha da dərinləşməsinə əlverişli zəmin yaradır.
Monteneqrolu nazir bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sahədə də görülən işlər, aparılan islahatlar dost ölkə kimi onları çox sevindirir. O, Azərbaycanın sosial sahədə apardığı davamlı islahatlardan danışıb. Qonaq Azərbaycanda əhalinin sosial təminatının yaxşılaşdırılmasının, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin onu çox məmnun etdiyini diqqətə çatdırıb.
Nazir ölkələrimiz arasında energetika sahəsində də əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Söhbət zamanı həmçinin, Azərbaycanla Monteneqro arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, fəal təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə Milli Məclisin deputatı Soltan Məmmədov, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Monteneqronun ölkəmizdəki səfiri Perisa Kastratoviç və digər rəsmi şəxslər iştirak ediblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Belə pomidorları almayın
Ailələrə uşaq sayına görə pul veriləcək?