"Atam xəstəxanadan evə gələndə dedi ki..." - Hacı Şahinin oğlu
"Atamın ürəyindən heç vaxt şikayəti olmayıb. Son gün xəstəxanaya müraciət edəndə düşünürdü ki, ağrı mədəsindədir".
Bu sözləri mərhum ilahiyyatçı Hacı Şahinin oğlu Hüseyn Həsənli deyib.
2016-cı ildən ürəyində problem olduğu barədə yayılan məlumatlarla bağlı suala Hüseyn Həsənli belə cavab verib:
"Xeyr, yalan məlumatdır, bir ara mədəsində problem yaranmışdı, həmin gün də elə bilib yenə ağrı mədəsindəndir. Lakin həkim müayinəsi zamanı məlum olub ki, problem ürəyindədir. Xəstəxanadan evə gecə gəldi. Gələndən sonra atamla danışdıq. Hər şeydən söhbət etdik, ölüm barədə də danışdı. Dedi, mənim üçün ölüm asandır".
O, qardaşı Səccadın hələ də atasının ölümündən xəbərsiz olduğunu söyləyib:
"Bizə çox yaxşı ata idi. Daim ata kimi gözəl məsləhətlər verirdi, insanlara xidmət etməyi tövsiyə edirdi. Ən uca və ali məqamı insanlara xidmətdə görürdü. Deyirdi ki, insanlara xidmət etməklə ucalırsan. Evimizin nuru idi, həmişə başımızın üzərində idi. Allah bizə səbr versin. Böyük və ağır itkidir, tək ailəmizə yox, bütün millətə..."/Teleqraf
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5008 Tarix: 04 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar vaxtından TEZ ÖDƏNİLƏCƏK - TARİX
Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiyalar vaxtından əvvəl ödəniləcək. Pensiyaların martın 15-nə qədər tam ödənilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq qurumlara göstəriş verilib. Novruz bayramı ilə əlaqədar mart ayının pensiyalarının nəzərdə tutulan qrafikdən daha əvvəl olmaqla, bayram
1 martAzərbaycanda əhali sayına görə ən az həkimi olan rayonlar AÇIQLANDI
"Azərbaycanda regionlar üzrə həkimlərin sayının əhalinin sayına uyğun olmaması səhiyyə xidmətlərinə eyni səviyyədə əlçatanlığın təmin edilməsində əsas çətinliklərdən biridir". xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Azərbaycan Respublikasını
1 martHəkimin öldüyü xəstəxanadan - Açıqlama
Xəbər verdiyimiz kimi, Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu 43 yaşlı Gülnarə Əkbərova cərrahi əməliyyatdan sonra vəfat edib. Bizim.Media-ya istinadən xəbər verir ki, həyatını itirən həkimin bacısı Səkinə Əhədova Gülnarə Əkbərovanın həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edib. Məlumata görə
28 fevralİordaniyanın İrandakı səfiri Azərbaycana təşəkkür etdi
İordaniyanın İrandakı səfiri Əşrəf Xasavneh ölkəsinin diplomatik nümayəndə heyətinin "Astara" sərhəd-keçid məntəqəsindən təxliyəsinə görə Azərbaycana təşəkkür edib. Səfir bu barədə "Report"a açıqlamasında bildirib. "Azərbaycanı sevirəm. Bizim təxliyəmiz üçün yaradılan şərait
1 mart