DİN və Baş Prokurorluqdan Bakıdakı silahlı basqınla bağlı MƏLUMAT
Bu gün saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Sonxeber.az xəbər verir ki, birgə məlumatda qeyd edilir ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində "Unibank Kommersiya Bankı" ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.
Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.
Hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlk əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.
"Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur", - məlumatda deyilir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 4554 Tarix: 04 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evində boğazı kəsilərək öldürülən qadının qatili tanışı çıxdı
Kocaeli vilayətinin Körfez rayonu ərazisində Gül Dağ adlı qadının evində boğazı kəsilmiş halda cansız bədəni tapılıb. türk mediasına istinadən xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, qadının öldürülməsində şübhəli şəxs onun qonşusu olub. Qatil, Gül Dağı öldürdükdən sonra qolundakı 3 qolbağ
12 martHəmin 15 yaşlı məktəbli saxlanıldı
Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfl
21 aprelBu hal cinayət hesab ediləcək
Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin
21 aprelAzərbaycanda insan alverində təqsirləndirilən iki nəfər axtarışa verilib
Azərbaycanda iki nəfər insan alverinə görə axtarışa verilib. -a istinadən xəbər verir ki, onlar Ağsu rayon sakini, 28 yaşlı Ayşən Araz qızı Əzizxanlı və Qax rayon sakini, 29 yaşlı Əbdül Ruslan oğlu Musayevdir. Onların barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə cinayə
11 martBakıda restoranda aktrisa ilə dostlarının başına iş gəldi - 4 nəfər tutuldu
Aktrisa Üzel Kərimovanın ötən gün bayram qeyd etmək üçün getdiyi məkanların birində dava düşüb. "Qafqazinfo" xəbər verir ki, restoranda bir qrup şəxs Ü.Kərimovanın rəfiqəsinin ərinə hücum edərək ona xəsarətlər yetirib. Aktrisanın paylaşdığı videoda həmin şəxsin başından xəsarət aldığı və yerd
19 martFidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi
Son dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasova ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb. "Qafqazinfo"y
16 aprel26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
Daşkəsəndə 65 yaşlı qadın seksual xarakterli təcavüzə məruz qaldığını iddia edir. "Qafqazinfo" xəbər verir ki, rayon sakini M.M. 26 yaşlı şəxs tərəfindən təcavüzə məruz qaldığını, məhkəmə tibbi ekspertizasının zorlanma faktını təsdiq etdiyini deyib. O, hüquq-mühafizə orqanlarına müraciət etdiyin
31 martYük maşınının yanına gəldi, sürücüyə pəncərədən dəhşəti yaşatdı - VİDEO
İstanbulun Zeytinburnu rayonunda yolda üstünlük vermə üstündə iki yük maşını sürücüsü arasında yaranan mübahisə qısa müddətdə davaya çevrilib. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı tərəflər arasında gərginlik artaraq fiziki qarşıdurmaya keçib. İddiaya görə, sürücülərdən biri digərin
1 aprel