Sərvər Bəşirliyə avtomobil hədiyyə edən türkiyəli iş adamı: "Çox təsirləndim"- FOTO

Sərvər Bəşirliyə avtomobil hədiyyə edən türkiyəli iş adamı: "Çox təsirləndim"- FOTOTürkiyəli iş adamı Sebahettin Civelek Türkiyəyə zəlzələdən zərərçəkənlərə göndərmək üçün köhnə maşınına yüklədiyi əşyalarla fotosu çəkilən və sosial mediada paylaşıldıqdan sonra çoxlarının rəğbətini qazanan Sərvər Bəşirlinin bu xeyirxah əməlindən təsirləndiyi üçün avtomobil hədiyyə edib və onun evinin tikintisinə dəstək olub.

"TurkicWorld" xəbər verir ki, Civelek azərbaycanlıların Türkiyəyə yardım etmək üçün göstərdiyi səyləri izlədiyini ifadə edərək deyib:

"Sərvərin evində yorğan, döşək, nimdər və nə varsa maşınına yükləyərək yardım mərkəzinə gedərkən çəkilən o şəklini görəndə nitqim tutuldu, çox təsirləndim. Bu necə bir ürəkdir, necə bir ruh halıdır? İllərlə bir-birindən uzaq tutulmağa çalışılan qardaşların heç bir maneə olmadan bir-birinə köməyə gəldiyini gördük. O bir simvoldur. Əslində Sərvər Bəşirlinin simasında Azərbaycanın türk xalqına uzatdığı əli gördük. Mən də bu qardaşıma təşəkkür olaraq bir avtomobil hədiyyə etməliyəm".

Sərvərin əvvəlcə hədiyyəni qəbul etmədiyini, ancaq alması üçün çox israr etdiklərini qeyd edən Civelek, "Onu görmək üçün Bakıya gəldim. İllərdir bir-birini görməyən iki qardaşın görüşdüyü kimi bir-birimizə sarıldıq, çox duyğulu anlar yaşadıq. Evini də inşallah inşa edəcəyik.

O köhnə maşın könlümüzdə taxt qurdu. O maşın millətimiz arasındakı dostluğun rəmzi kimi qorunub saxlanmalıdır. Onun daşıdığı mənalar bir cild kitab olacaq", - deyə bildirib.
Sərvər Bəşirliyə avtomobil hədiyyə edən türkiyəli iş adamı: "Çox təsirləndim"- FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1972   Tarix: 04 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

5 gün ardıcıl iş olmayacaq

Mayda Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq. xəbər verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramıdır. Müstəqillik günü (28 may) iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, Qurban bayramı i

30 aprel
.

Xəzər dənizində zəlzələ baş verib

Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ baş verib. xəbər verirki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 03:09-da qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib

30 aprel
.

"Finoko" BOKT cərimə olundu - Sorğuya cavab verilməyib

"Finoko" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Açıq Səhimdar Cəmiyyəti (ASC) barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub. Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsini

30 aprel
.

"Andrey Babişin ölkəmizə səfəri Azərbaycan-Çexiya arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir"- DEPUTAT

"Prezident İlham Əliyevin 2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat ölkəmizin daim artan diplomatik gücünün göstəricisidir". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, bu gün bir dövlətlərl

30 aprel
.

Metronun yeni stansiyası bu ərazidə olacaq - Video

Cəlil Məmmədquluzadə küçəsində tikintisi tamamlanmaq üzrə olan yeni stansiya tezliklə şəhərin xəritəsində öz yerini tutacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bənövşəyi xəttin şərti adı "B-04" olan sayca 5-ci stansiyanın məkan

30 aprel
.

Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq

"Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq". xəbər verir ki, bu fikirləri Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, ərazi planlaşdırılması istiqamətində həyat

29 aprel
.

XTQ-nin yaradılmasından 27 il ötür

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 27 il ötür. xəbər verir ki, XTQ Müdafiə Nazirliyinin nəzdində 199-cu ilin aprelin 30-da qurulub. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Xüsusi Təyinatlı Qüvvələri

30 aprel
.

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü - Yenilənib

Bakıda dəm qazından zəhərlənən gənc ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu R.Bağırov küçəsindəki evlərin birində baş verib. Aprelin 28-i saat 21 radələrində Neftçala rayon sakini 2009-cu il təvəllüdlü H.Mustafayevin kirayə yaşadığı evə qonaq gələn Ağdaş rayon sakini 2007-c

29 aprel
.

Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - Rəsmi

Aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin "Milli Onkologiya Mərkəzi"nin partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda ola

30 aprel