Azərbaycanda qızıl bahalaşacaq – Ekspertdən PROQNOZ
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir unsiyasının qiyməti 0,77 faiz artaraq, 1 854,6 ABŞ dollarına bərabər olub. Keçirilən hərrac nəticəsində gümüşün bir unsiyasının qiyməti isə 1,61 faiz artaraq, 21,24 dollar təşkil edib.
Qızıl və gümüşün qiymətindəki artım Azərbaycanın qızıl bazarına necə təsir edəcək?
Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirib ki, dünya bazarında qızıl və gümüşün qiymətinin artması ilə onun Azərbaycanın zinət əşyaları bazarında da əksini qismən də olsa tapacağını müşahidə edəcəyik:
"Azərbaycan bazarının maraqlı xüsusiyyəti var. Azərbaycan bazarı böyük deyil. Ona görə də bu bazara məhsulların daxil olma tempi zəifdir. Ay ərzində iri təchizatçılar cəmi 5-10 dəfə məhsul gətirir. Dünya bazarında qiymət artımı baş verəndə onu özlərinin satış qiymətinə tez sirayət etdirirlər.
Digər tərəfdən, zinət əşyaları bazarında qiymətin formalaşmasında başqa faktorlar da rol oynayır. Əhalinin alıcılıq qabiliyyəti, mövsümi, qeyri-mövsümi dövrlər. Ölkədə Ramazan və Məhərrəmlik ayında tələb kəskin şəkildə aşağı enir. Qiymətlərin aşağı düşmə tempi bazara bahalaşma ilə müqayisədə daha gec sirayət edir.
Bahalaşma xüsusən də xam qızılın qiymətinə daha çevik şəkildə reaksiya verir. Çünki ölkəmizdəki bazar iştirakçıları Türkiyə bazarı ilə qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyət göstərir. Son 3 ayda xam qızılın qiymətində 4 faizlik bahalaşma baş verib. Amma dünya bazarında baş verən son bahalaşma fonunda ölkəmizdə xam qızılın qiymətində təxminən 1 faizlik artım baş verə bilər. Zinət əşyaları bazarında isə qiymət artımı daha aşağı səviyyədə olacaq. Çünki hazırkı şərtlər daxilində, sürətli inflyasiya fonunda lüks kateqoriyalı məhsullara tələb zəifləyir. Ona görə ola bilsin, zinət əşyaları bazarında qiymət artımı olsa da, 0,5 faizdən çox olmayacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrAzərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba
1 oktyabrİqtisadçı ekspert vəfat etdi
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını
29 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb
Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai
29 sentyabrGürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
23 sentyabrMinimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd
30 sentyabrBakıda ətin qiyməti 19 manat oldu
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin
22 sentyabr