Türkiyəli iş adamı qadınlarla gəzdi, arvadı isə... - Naxçıvanda şok olay

Türkiyəli iş adamı qadınlarla gəzdi, arvadı isə... - Naxçıvanda şok olayNaxçıvan Muxtar Respublikasının Babək rayonunda 1971-ci il təvəllüdlü Cengiz Özləm həyat yoldaşı Gülnarəni döyüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Gülnarə bununla bağlı Babək rayon polis şöbəsinə müraciət edib. O bildirib ki, 2019-cu ildə Cengizlə ailə həyatı qurub. Onun bildirdiyinə görə, nikaha düşdükdən sonra Cengizin əsas məqsədinin burada sərbəst yaşamaq olduğunu öyrənib.

Şikayətçinin sözlərinə görə, birgə nikahdan bir övladı olub, heç vaxt yola gedə bilməyiblər. Çengiz onu evə baxmayıb, psixoloji problemi olub, evə gələndə onu döyüb. Qadının sözlərinə görə, bu hadisə dəfələrlə təkrarlanmasına baxmayaraq barəsində tədbir görülməyib. O, Çengizin yaşadığı evdən çıxarılmasına köməklik göstərilməsini xahiş edb. Bildirib ki, 3 ildir ailə münasibətləri pozulub.

Çengizin barəasində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.

İş üzrə izahat verən Çengiz bildirib ki, Türkiyə Respublikası vətəndaşıdır: "26 ildir Naxçıvanda yaşayıram. Azərbaycan dilində sərbəst şəkildə yaza və danışa bilirəm. 2019-cu ildə Gülnarə ilə rəsmi nikaha daxil olmuşam. Həmin nikahdan 1 övladımız dünyaya gəlib. Ondan əlavə Gülnarənin birinci nikahdan olan azyaşlı oğlu da bizimlə birlikdə yaşayır".

Çengizin bildiridiyinə görə, ailə qurduqdan sonra bir müddət Naxçıvan şəhərində kirayədə yaşayıblar: "Daha sonra Babək şəhərindən torpaq aldıq, ora yaxın evdə kirayədə yaşayaraq ev tikdik. Evi tikərək köçdükdən sonra Gülnarə ilə münasibətlərimiz pozulmağa başladı. Mübahisələrimizi hər dəfə əsassız yerə Gülnarə çıxarıb. Mənə acıqlanaraq azyaşlı uşaqları tez-tez döyüb, incidib. Bu kimi səbəblərdən artıq ailə münasibətlərimiz kağız üzərində davam etdi, eyni evdə ayrı otaqlarda yaşadıq.

Gülnarə üç ildir ki, barəmdə dəfələrlə hüquq-mühafizə orqanlarına şikayətlər ünvanlayıb, məhkəmə qətnaməsi əsasında birgə nikahdan olan uşağın saxlanılması üçün hazırda aliment müəyyən edilib. Nikahımizin pozulması ərəfəsindəyik".

Çengiz qeyd edib ki, 2023-cü ilin yanvarında uşağın kirvəsi Xəyal ona zəng edib və Gülnarənin onun arvadından aldığı borcunu niyə ödəmədiyini soruşub: "Bu səbəbdən Gülnarədən niyə belə etdiyini soruşdum. O isə məni söyərək qarşılıq verdi. Əsəbləşib ona bir neçə şillə vurdum. Həmin vaxt azyaşlı oğlum da yanmızda idi. Bundan bir neçə gün sonra Bakı şəhərinə getdim. Qayıtdıqda yenə aramızda mübahisə yarandı. Yaşadığımız evin küçəsində oğlumun yanında yenə Gülnarəni təpiklə vurdum. Hər iki hadisə zamanı ayıq olmuşam, spirtli içki qəbul etməmişəm. Törətdiyim əməldən peşmanam".

İş üzrə izahat verən zərərçəkmiş Gülnarənin sözlərinə görə, Çengizlə ailə qurduqdan sonra bir müddət normal yola gediblər: "Amma sonradan Cengizin başqa qadınla münasibəti yarandı və evə gec gəlməyə başlad. Münasibətlərimiz buna görə pozuldu. Evə və uşağa baxmadı, evdə ayrı otaqlarda yaşadıq. Cengizin evə baxmaması və xəyanəti ilə barışa bilmədim. Buna görə də münasibətlərimiz pozuldu".

Gülnarə qeyd edib ki, hazırda nikahın pozulması ilə bağlı mübahisələri mediasiya mərhələsindədir:

"2023-cü ilin yanvarın 6-da aramızda mübahisə yarandı. Həmin vaxt şillə ilə dəfələrlə məni vurdu. Həmçinin başımı divara çırpdı. Qolumda və ayağımda göyərmə izləri yarandı. Lakin ekspertiza üçün müayinəyə bundan iki həftə sonra aparıldım. Bu səbəbdən artıq bədənimdə heç bir iz qalmamışdı. Cengizin özü bütün bunları etiraf edir.

Bu hadisədən sonra fevralın 9-da alimentlə bağlı məhkəməyə müraciət etdim. Yenidən yaşadığımız evin küçəsində məni təpiklə vurdu. Hazırda bütün bədənimdə xəsarət izləri var. Artıq can güvənliyim yoxdur. Azyaşlı uşaqlarımın gözü önündə dəfələrlə döyülmüşəm. Bütün bunların nəzərə alınmasını və Çengizin barəsində qanuni tədbir görülməsini xahiş edirəm".

Babək rayon Məhkəməsinin qərarı ilə Çengiz 20 gün müddətinə inzibati qaydada həbs edilib. Onun həbs olunması fevralın 20-dən hesabanması barədə qərar verilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1950   Tarix: 05 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu

Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind

12 avqust
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi

Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqin

11 sentyabr
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr