Ordumuzun antiterror əməliyyatı üçün səbəb… - Ekspert
Azərbaycan dəfələrlə həm Ermənistana, həm də Rusiyaya Xankəndidəki separatçılara silah daşınması ilə bağlı sərt xəbərdarlıq edib. Üstəlik bütün bunlar ərazimizdə müvəqqəti yerləşdirilən rus sülhməramlıların gözü qarşısında baş verir. Separatçılar özlərinə yeni mövqe inşa edir, amma rus sülhməramlılar buna göz yumur; silah daşınır, yenə sülhməramlılar özlərini görməzliyə vururlar. Günlərini yola verməklə öz vəzifələrini bitmiş hesab edirlər.
Bu sözləri Axar.az-a erməni separatçıların Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təxribat haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert rus sülhməramlıların 10 noyabr Üçtərəfli Bəyanatdakı vəzifə və öhdəliklərini yerinə yetirmədiklərini bildirib:
"Rus sülhməramlılar erməni separatçıların bizim hərbçilərimizə atəş açmasını, eyni zamanda onların dayaq məntəqələrindən cəmisi bir neçə metr aralıda separatçıların mövqe inşa etməsini sanki adi hadisə kimi bizə qəbul etdirmək niyyətindədirlər. Artıq 10 noyabr bəyanatının imzalanmasının üzərindən kifayət qədər uzun vaxt keçib. Lakin erməni silahlılar hələ də Qarabağdadır və rus sülhməramlılar altında Rusiya Prezidentinin imzası olan bəyanatın 4-cü maddəsini hələ də yerinə yetirməyiblər".
Ədalət Verdiyev Ermənistanın çox sərt şəkildə cəzalandırılacağını vurğulayıb:
"Bu gün separatçılara Ermənistandan Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə silah daşınması və oradakı terrorçularla baş verən atışmada bir hərbi qulluqçumuzun şəhid olması rəsmi İrəvanın terror və təxribatdan əl çəkmədiyini növbəti dəfə nümayiş etdirir. Baş verən təxribat və Azərbaycan hərbçisinə öz ərazimizdə güllə atılması növbəti genişçaplı antiterror əməliyyatı üçün səbəbdir. Azərbaycan dövləti və Şanlı Ordumuz şəhidimizin qanını yerdə qoymayacaq. Ermənistan çox ciddi və kəskin şəkildə öz cəzasını alacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb