Ordumuza qarşı bugünkü təxribatı iki güc planlaşdırıb

Ordumuza qarşı bugünkü təxribatı iki güc planlaşdırıbBaş nazir Nikol Paşinyan Almaniyada erməni icmasının nümayəndələri ilə görüşdə deyib ki, Ermənistanın dərin iqtisadi, o cümlədən daxili təhlükəsizlik, demokratik inkişaf baxımından heç bir problemi yoxdur. Yəni demək istəyib ki, iqtisadi və sosial məsələləri həll edir, zəif müxalifət də ona problem yaratmır, əsas problemi Azərbaycanla qarşıdurmayla bağlıdır. Halbuki Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişini imzalamağı qəbul etsə, məsələ bitəcək.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq Paşinyan Almaniyada ermənilər qarşısında daha bir diqqət çəkən açıqlama verdiyini vurğulayıb:

"Paşinyan deyir: "Təhlükəsizlik sistemlərindən danışırıq, amma nədənsə təhlükəsizlik sistemlərimizin bizə xəyanət etdiyini demirik. Belə çıxır ki, biz əslində sabun köpüyünə çevrilən təhlükəsizlik faktorlarına etibar etmişik? Belə çıxa bilərmi ki, bizi aldadırlar, yoxsa biz özümüzü aldadırıq?"

Paşinyan üstüörtülü dediyi sözlərin mənası budur:

1. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana xəyanət etdi;

2. Ermənistanın təhlükəsizliyinə cavabdeh olan bunların hər ikisi sabun köpüyü idi.

Başqa bir nəticə isə budur ki, Nikol Paşinyan ordusunun gücünü də itirdiyini etiraf edib".

E.Şahinoğlunun fikrincə, Paşinyan Qarabağ yükünü daşıya bilmir, ancaq bu o demək deyil ki, həmin yükdən Kreml və Ermənistandakı "Qarabağ klanı" imtina edib:

"Azərbaycan hərbçilərinə qarşı təxribatları planlaşdıran məhz bu iki gücün birliyidir. Separatçıların dinməz olmaları gərəkirkən Azərbaycan hərbçilərinə atəş açırlarsa, onları kənardan dəstəkləyənlər var".

Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb. Nəticədə Ordumuz şəhid verib, erməni separatçıların 3 zabiti məhv edilib, bir nəfər isə yaralanıb./Axar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2965   Tarix: 05 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu institut ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə

10 iyun
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər

Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixinə nəzər salsaq görərik ki, Azərbaycan Respublikasının Parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün 1992-ci il yanvarın 24-də Avropa Şurasına müraciət edib. 1995-ci ilin fevral ayında AŞPA Bürosu üç Cənubi Qafqaz dövlətini

2 iyul
.

Prezident sloveniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v

25 iyun
.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun
.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətil

12 iyun
.

İƏT Pİ-nin 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olundu

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub. xəbər verir ki, sənəd əsasən Fələstinə, regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunub. Bəyannamənin mətnin

25 iyun
.

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Kamboca Xalq Partiyası (KXP) Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Senatının sədr müavini Thun Vathana ilə görüşüb. Bu barədə "Report"a Milli Məcıisdən məlumat verilib. Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbayca

13 iyun
.

İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul