"Port Baku Mall"dan 820 manata aldığı gödəkçə keyfiyyətsiz çıxdı - Məhkəmə geri qaytardı

"Port Baku Mall"dan 820 manata aldığı gödəkçə keyfiyyətsiz çıxdı - Məhkəmə geri qaytardıBakıda müştərinin "Port Baku Mall" ticarət mərkəzindən 820 manata aldığı gödəkçə keyfiyyətsiz tikilsə də, onu geri qaytara bilməyib.

Qaynarinfo-nun məlumatına görə, Hüseyn (şərti) adlı şəxs "Port Baku Mall" ticarət mərkəzindəki mağazaların birindən 775 manat dəyərində "Outwear A06284 01DAP FW22/23 Diesel" modelində gödəkçə alıb.

Evə getdikdən sonra gödəkçənin ona yaraşmadığını görüb, dərhal həmin dükana qayıdaraq öz istehlakçı hüquqlarından istifadə edərək gödəkçəni başqası ilə əvəz edib. O, 775 manat ödəyərək aldığı "Outwear A06284 01DAP FW22/23 Diesel" modelində gödəkçəni qaytarıb və əlavə 45 manat da ödəyərək 820 manata "Outwear A06285 0AEAİ FW22/23 Diesel" modelində gödəkçə alıb.

Lakin bu dəfə evə getdikdən sonra gödəkçənin keyfiyyətsiz tikildiyini görüb və mağazaya qayıdaraq malın geri alınmasını, pulun ödənilməsini tələb edib. Amma satıcılar onun istehlakçı hüquqlarını pozub, guya həmin gödəkçəni geyindiyini bildirərək, qaytarmaqdan imtina ediblər.

Şikayətçi dərhal İqtisadiyyat Nazirliyinin çağrı mərkəzinə müraciət edərək, 14 gün ərzində aldığı malı geri qaytarmaq hüququndan istifadə edə bilmədiyini və mağazanın onun hüquqlarını pozduğunu bildirib. Müştəri iddia edib ki, gödəkçənin qollarında və müxtəlif yerlərində xoşagəlməz səliqəsiz tikişlər var.

Hüseyn daha sonra Səbail rayon Məhkəməsinə müraciət edib. O, məhkəmədən ödədiyi 820 manat pulu, həmçinin son aylarda çəkdiyi mənəvi iztirabın əvəzi olaraq mənəvi ziyan kimi 500 manat təzminat tələb edib.

Məhkəmə Hüseynin iddiasını qismən təmin edərək qərar verib ki, "Outwear A06285 0AEAİ FW22/23 Diesel" modeli gödəkçənin alınmasına görə ödənilmiş 820 manat onun xeyrinə tutulsun və məhsul geri qaytarılsın.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3449   Tarix: 06 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb

2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind

11 oktyabr
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Vahid məktəbli forması təhsildə bərabərlik və intizam siyasətinin mühüm elementi kimi

"Təhsil sisteminin inkişafı yalnız məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması, müasir tədris metodlarının tətbiqi və müəllimlərin peşəkarlığının artırılması ilə məhdudlaşmır. Eyni zamanda, məktəbdə formalaşdırılan sosial mühit, şagirdlər arasında münasibətlər, bərabər imkanların təmi

11 oktyabr
.

Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın

11 oktyabr
.

Azərbaycan kürü istehsalını son 5 ildə 36 dəfə artırıb

2025-ci ildə Azərbaycanda 3,6 ton nərə kürüsü istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 2,3 ton və ya 2,8 dəfə, 2020-ci ilin göstərici ilə müqayisədə isə 3,7 ton və ya 36 dəfə çoxdur. Hesabat dövründ

10 oktyabr
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

11 oktyabr
.

Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunu

11 oktyabr
.

Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir

Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə

11 oktyabr
.

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək

Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın tür

11 oktyabr