Filippində neft sızmasının çatdığı sahil bölgəsinin sakinləri sağlamlıq problemlərindən əziyyət çəkirlər

Filippində neft sızmasının çatdığı sahil bölgəsinin sakinləri sağlamlıq problemlərindən əziyyət çəkirlərKeçən həftə Filippinin Şərqi Mindoro əyaləti sahillərində batan tankerdən neftin töküldüyü bölgədə bir çox insanın səhhətində problemlər yaranıb.
Sonxeber.az BBC-yə istinadən xəbər verir ki , keçən həftə 800 min litr sənaye yanacağı daşıdığı bildirilən "The MT Princess Empress" adlı tankerin Şərqi Mindoro əyaləti sahillərində batması sakinlər və insanlar üçün ciddi risklərə səbəb olub.

Sızıntının yaxınlıqdakı balıqçı kəndlərinin sahillərinə çatması səbəbindən çimərliklər qara çöküntü yağı ilə örtülmüşdür.

Yerli mətbuatda yer alan xəbərlərə görə, rayonun kənd sakinləri sancı, qusma və başgicəllənmə şikayətləri ilə səhiyyə müəssisələrinə müraciət ediblər.

Sızıntını təmizləmək üçün Pola kəndinə göndərilən işçilərin səhhətində problemlər olduğu da bildirilib.

Dəniz bioloqları hesab edirlər ki, təxminən 36.000 hektar mərcan rifi, manqrov və dəniz otu da sızma riski altındadır.

Səlahiyyətlilər əyalətdə zərər çəkmiş əraziləri fəlakət zonaları elan edərək dağılma təmizlənənə qədər balıq ovuna qadağa qoyub.

Ancaq qadağa bölgə əhalisinin əksəriyyətinə mənfi təsir göstərdi. Yerli hakimiyyət qadağalar səbəbindən 60 kənddə 18 mindən çox balıqçının ovlaya bilməyəcəyini açıqlayıb.

Filippin Sahil Mühafizəsi tanker fevralın 28-də batdıqdan sonra sızıntının qarşısını almağa çalışır.

"RDC Reield Marine Services Inc" şirkətinə məxsus Filippin bayraqlı tankerin niyə batdığı hələ məlum deyil. Gəmi batmazdan əvvəl 20 ekipaj üzvünün hamısı xilas edilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 943   Tarix: 07 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib

11 oktyabr
.

Tailandda iş adamını silahla hədələyib 820 min dollarlıq kriptovalyutasını oğurladılar

Tailandda türkiyəli iş adamının evinə basqın edərək 820 min dollar dəyərində kriptovalyuta oğurlayan şəxslər axtarılır. Pattayya polisi hadisə ilə əlaqəli olduğu ehtimal edilən tərk edilmiş avtomobil aşkarlayıb və silahlı üç şübhəlinin axtarışını davam etdirir. "Pattaya Mail"ə istinadən xəbə

11 oktyabr
.

Nyu-Dehlidə "Tarakanlar"ın lideri irimiqyaslı etiraz aksiyası ərəfəsində saxlanılıb

Hindistan Seçki Komissiyası rəhbərinin istefası tələbi ilə keçiriləcək aksiya ərəfəsində "Cockroach" ("Tarakan") gənclər hərəkatının lideri Abxicit Dipke Dehli hava limanında saxlanılıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, saxlanılma barədə məlumatı hərəkatı

10 oktyabr
.

Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək

Finlandiyanın Baş naziri Petteri Orpo Avropa Şurasına Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağı təklif etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə o, "Yle"nin efirində bildirib. "Avropa Şurasının növbəti iclasında təklif etmək niyyətində olduğu

10 oktyabr
.

Aİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək

Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl

11 oktyabr
.

Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq

Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü

10 oktyabr
.

Almaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq

Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyya

11 oktyabr
.

Türkiyədə "Vanlı Kara Haydar"a qarşı əməliyyat: Bir milyard lirədən çox vəsait müsadirə edildi

Türkiyədə Ankara prokurorluğunun rəhbərliyi altında "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalana qarşı "cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması" maddəsi üzrə başladılan istintaq davam edir. xəbər verir ki, bu barədə "TRT Haber"ə yerli hüquq-mühafizə orqanlarındak

11 oktyabr
.

WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib

ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"

11 oktyabr