Aİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib.
Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərlə məhdudlaşdırılıb. Ermənistan məhsullarının idxalının Avropa istehsalçılarına mənfi təsir göstərəcəyi təqdirdə Aİ bazarını qorumaq üçün müdafiə tədbirləri də nəzərdə tutulub.
Avropa Komissiyasının məlumatına görə, liberallaşdırılmış ticarət rejimi Ermənistanın kənd təsərrüfatı məhsullarının Aİ-yə ixracının təxminən 80 faizini əhatə edəcək. Bu məhsullara təzə meyvə-tərəvəz və güllər də daxildir. İçkilər və alkoqollu məhsulların isə ixracının 91 faizdən çoxu bu rejimə şamil olunacaq.
Müdafiə tədbirləri müəyyən məhsullar üzrə kvotaların tətbiqini nəzərdə tutur. Kvota həddinə çatdıqda həmin məhsulların idxalına mərhələli şəkildə rüsumlar tətbiq ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 98 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi
Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək
10 oktyabrTramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o
10 oktyabrAİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl
11 oktyabr