Avropa İttifaqı qadınların hüquqlarını pozan iki "Taliban" rəsmisinə sanksiya qoyub
Avropa İttifaqı (Aİ) "Taliban" hökumətində yüksək vəzifə tutan iki şəxsə qadınların hüquqlarını pozduqlarına görə sanksiya qoyub.
Bu barədə məlumat Avropa İttifaqı Şurasının yaydığı press-relizində öz əksini tapıb.
Belə ki, sanksiyaya məruz qalan birinci şəxs Əfqanıstanın hazırkı ali təhsil naziri Məhəmməd Neda Nadimdir. O, qadınların universitetlərə buraxılmamasına dair göstəriş verən şəxsdir.
Aİ-nin sanksiyalarına məruz qalan digər "Taliban" rəsmisi isə Məhəmməd Xalid Hənəfidir. O, yaxşılıqlara təşviq etmə və qadağalardan çəkindirmə nazirliyinin başçısı vəzifəsini yerinə yetirir.
Məhəmməd Xalid Hənəfi gender ayrı-seçkiliyini təbliğ etməkdə ittiham olunur.
Mənbə: Sputnik Əfqanıstan
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1131 Tarix: 08 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl
11 oktyabrAlmaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq
Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyya
11 oktyabrWSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11 oktyabr